Razim Məmmədov "Yaşıllıq qatili" “jek” müdirini niyə müdafiə edir? – Xətaidə milyonluq maxinasiyanın üstü açılır

Razim Məmmədov "Yaşıllıq qatili" “jek” müdirini niyə müdafiə edir? – Xətaidə milyonluq maxinasiyanın üstü açılır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ağac kəsən daha bir məmurla bağlı baş prokurorluğa məlumat göndərilib.

Məlumata görə Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində kəsildiyi qeyd edilib.


Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində ziyan tətbiq edilib.

Nazirlik qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və Z.Bədəlov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərib
Razim Məmmədov "Yaşıllıq qatili" “jek” müdirini niyə müdafiə edir? – Xətaidə milyonluq maxinasiyanın üstü açılır

Bu məlumatdan dərhal sonra Xətai rayon icra hakimiyyətinin http://khatai-ih.gov.azsaytında "Xətai rayonunda ağac kəsimində məmurun iştirakı olmayıb” başlıqlı xəbər dərc edilib. Xəbərdə nazirlik və nazirliyin əməkdaşlarının araşdırması təkzib edilir. Hətda maraqlı olan məqam icra hakimiyyətinin "jek" müdirinin müdafiəsinə qalxaraq İlyas Cabbarov adlı vətəndaşı qabağa verməsidir.
Razim Məmmədov "Yaşıllıq qatili" “jek” müdirini niyə müdafiə edir? – Xətaidə milyonluq maxinasiyanın üstü açılır

Xəbərdə yazılır:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatda Xətai rayonu, Əbilov küçəsi 12 ünvanda ağac kəsimi ilə əlaqədar yaydığı bəyanata cavab olaraq Xətai rayonu, 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi İsmi Ağayev bildirmişdir ki, MKİS-in rəisi Zahid Bədəlov 07.07.2017-ci il tarixdən səhhəti ilə bağlı işə çıxmır. Eləcə də məlumat vermişdir ki, Xətai rayonu, Əbilov küçəsi 12 ünvanda yaşayan İlyas Cabbarov istifadəsində olan torpaq sahəsində 3 ədəd nar kolu kəsmişdir. Bunu öz həyətyanı sahəsində bostan məhsulları yetişdirmək məqsədilə etmişdir. Göstərilən ünvan 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşir. Lakin Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlovun və işçilərinin göstərilən kolların ləğv edilməsində heç bir iştirakı olmamışdır”

Xətaidə ağac soyqırımını kim sifariş verir?

AZXEBER.COM olaraq icra hakimiyyətinin belə əl-ayağa düşməsinin səbəbini araşdırmaq üçün internetdə kiçik bir araşdırma apardıq.

Araşdırmamız nəticəsində bu hadisənin Xətai rayonunda ilk dəfə təkrarlanmadığını, əksinə bu rayondan gələn şikayətlərin böyük əksəriyyətinin ağacların kəsilməsi ilə bağlı olduğunu gördük. Xəbərlərdə bu cür işlərin birbaşa icra başçısı Razim Məmmədovun tapşırığı ilə həyata keçirildiyi qeyd edilib.

Məlumata görə, Rasim Məmmədovun birbaşa tapşırığı ilə Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində, Vunq-Tau prospektində, Neapol dairəsi yaxınlığında, Telnov küçəsi, rayonun Xudu Məmmədov küçəsində hər kəsin gözü önündə ağacların kəsildiyi, yerlərinin isə milyonlar qarşılığnda iş adamlarına satıldığı qeyd edilib. Ağaclardan təmizlənən ərazinin bir hissəsində isə obyektlər və binalar tikilir.

Məlumatlı mənbənin sözlərinə görə, icra hakimiyyətlərinin mətbuatda yayılan bu xəbərlərə deyil, məhz "iki nar” ağacının kəsilməsinə sərt reaksiya verməsinin əsasverici səbəbi varmış. Belə ki, bu şikayətlərlə bağlı artıq Prezident Aparatında (PA) Razim Məmmədovla bağlı ciddi narazılıq müşahidə olunur. Artıq məsələ ilə bağlı ölkə başçısına da məruzə edilib. Çıxılmaz vəziyyətdə qalan icra hakimiyyəti "jek” müdirini qorumaq üçün Ekologiya Nazirliyinin araşdırmasını şüphə altına almaqdan belə çəkinməyib. Bundan başqa, Zahid Bədəlovun icra başçısının etibarlı və yaxın adamı olduğu da bilinir.

R.Məmmədovun bu cür açıqlama verilməsinin bir digər səbəbi isə Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyevin özbaşına Hacı Cavad məscidini sökməsindən sonra ölkədə "məmur ovu”nun başladığı bir ərəfənin yaşanmasıdır.

Məlumatda Xətaidə müntəzəm yaşanan "yaşıl soyqırım"lar 2018-ci il prezident seçkilərinə kimi Razim Məmmədovun vəzifədən uzaqlaşdırılması üçün ciddi səbəb olduğu bildirlir.
Siam.az
Tarix: 15-07-2017, 07:33
Xəbəri paylaş





Xəbər lenti