Oqtay Əsədovdan Azay Quliyevə İRAD: "Nöqsanı özünüzdə axtarmalısız"

Oqtay Əsədovdan  Azay Quliyevə İRAD: "Nöqsanı özünüzdə axtarmalısız" Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında MM sədri Oqtay Əsədov deputat, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevi məsuliyyətli olmağa çağırıb.

Unikal.org-un xəbərinə görə, parlamentdə "Reklam haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunan zaman A.Quliyev deyib ki, hazırlanan reklam çarxları bu gün lazımı səviyyədə işıqlanmır, bunun da səbəbləri fərqlidir: "Bəzən bu çarxlar keyfiyyətli olmur, bəzən də televiziyalar onları yayımlamağa maraqları olmurlar. Təklif edərdim ki televizya qurumlar QHT-lər ilə birlikdə fəaliyyət göstərib çarxları hazırlasınlar, daha sonra onların yayımlanması təmin edilsin”.

MM sədri Oqtay Əsədov isə cavabında deputatı məsuliyyətli olmağa çalışıb: "İlk nöqsanı özünüzdə axtarmalısız. Çünki pulu da verən sizsiniz, onun keyfiyyətinə də siz baxmalısız”.
Tarix: 17-11-2017, 14:57
Xəbəri paylaş





Xəbər lenti