Neft Daşlarında içməli su problemi

Neft Daşlarında içməli su problemi Neftçilərə iki aydan artıqdır çirkli su verilir
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı


İki aydan artıqdır ki, Neft Daşlarında çalışan neftçilər su problemi yaşayır. Bu barədə 24saat.org-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, neftçilər özləri ona şikayət ediblər.
Neft Daşlarında içməli su problemi
Mirvari Qəhrəmanlı bildirib ki, neftçilər həm “Əks-OMOS” qurğusu vasitəsilə təmizlənmiş sudan, həm də içməli sudan şikayətçidir. Məlumat üçün deyək ki, “Əks-OMOS” dəniz suyunu saflaşdıran qurğudur. İçməli su isə neftçilərə gəmi vasitəsilə gətirlir: “Şikayət edirlər ki, içməli su çirklidir. Bir neçə gün qaldıqda dibi çöküntü ilə dolur. İçməli suyu mağazadn almaq məcburiyyətindədirlər.

Suyun çirkli olması çəndən, mənbədən, Neft Daşlarında saxlanma və paylaşmasından asılı ola bilər. SOCAR-ın müvafiq idarələri suyun tərkibinin bu vəziyyətdə olmasına nəzarət etməlidir. Bu işlə məşğul olmalı çoxlu sayda vəzifə adamı, həmçinin Həmkarlar Təşkilatları var.

Lakin nə sosial sahədə çalışanlar, nə də Həmkarlar Təşkilatları üzərlərinə düşən vəzifələri yetirir”.

Hüquq müdafiəçisi əlavə edib ki, bu, neftçilərin səhhətində ciddi fəsadlar yarada bilər. “Problem kifayət qədər ciddidir”, – deyə Mirvari Qəhrəmanlı bildirib.

Siam.az
Tarix: 19-11-2017, 23:12
Xəbəri paylaş





Xəbər lenti