Hakimiyyət seçkiqabağı Qərbin çarpaz atəşi altında: Əliyevdən tələb nə?!-ÖZƏL

Hakimiyyət seçkiqabağı Qərbin çarpaz atəşi altında: Əliyevdən tələb nə?!-ÖZƏL Hakimiyyətə seçkiqabağı təzyiqlər artmaqdadır. Avropa Şurası, Avropa Parlamenti kimi qurumlara qoşulan Avropa İttifaqının da siyasi məhbuslar məsələsini gündəmə gətirəcəyi gözlənilir.
Brüssel sammitində insan haqları mövzusunda tənqidi suallar olacağı bəri başdan məlumdur.
Siam.Az xəbər verir ki, məsələ Brüssel sammiti deyil.
Hakimiyyətə qarşı ciddi və sərt təzyiqlərə start verilib. Qərb qurumları Azərbaycan iqtidarını Rusiya orbitindən qoparmağı hesabladığı üçün təzyiqləri gücləndirir.

Siyasi məhbusların azad olunması tələbinə gəlincə, dekabr əfvində bəziləri buraxıla bilər. Amma qarşıdan seçki ili gəldiyi üçün təzyiqlər azalmayacaq.
Prezident İlham Əliyevdən tələblər Rusiya siyasətinin Azərbaycanda təsirlərinin azaldılması və Avropa ilə enerji əməkdaşlığını genişləndirməkdir.
Doğrusu, bunun üçün Avropa da Azərbaycana kömək etməlidir. Lakin Qərb təşkilatları təzyiq yolunu seçiblər.
İlin ortalarından başlayan təzyiq kampaniyası 2017-nin sonuna qədər səngiməyib; 3 milyardlıq qalmaqal, Qərb nəşrlərində məqalələr, Avropa Şurası və digər beynəlxalq təşkilatlardan bəyanatlar, fransız jurnalistlərlə bağlı məhkəmə qərarı...
2018-ci il daha gərgin keçəcəyi üçün hakimiyyət müəyyən islahatlara gedə bilər. Çünki Avropadan təzyiqlərə ABŞ-ın da seçki ilində qoşulacağı istisna deyil.
Azərbaycanda heç bir beynəlxalq təsisatın ofisi qalmayıb. Hakimiyyət bir dalğada Norveç evi, ATƏT-in Bakı ofisi, NED və başqa nüfuzlu təşkilatları ölkədən çıxardı.
Eyni zamanda ABŞ konqressinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun qapısı möhürləndi. Artıq neçə ildir ki, rəsmi Bakı beynəlxalq qurumların yerli ofislərinin fəaliyyətini qadağan edib. Bu məsələlər də gələn il hökumətin yadına salına bilər.
Avropa Birliyi, Avropa İttifaqı, ATƏT və Avropa Parlamentində, o cümlədən Avropa Şurasının Parlament Assambleyasında rəsmi Bakıya olan qeyri-rəsmi münasibət tam fərqlidir.
Siam.Az xəbər verir ki, Qərb təsisatları Azərbaycan hakimiyyətinin bu kobud qərarlarına rəğmən, Əliyev iqtidarı ilə əməkdaşlığı genişləndirmək, sanksiyalar tətbiq etməmək, enerji təhlükəsizliyi və inkişafı istiqamətində fəaliyyəti gücləndirmək haqda düşünür.
Sadəcə, təzyiqlər epizodik, mövsümi və seçkiyə hesablanmış addımlardır və hakimiyyəti müəyyən nöqtəyə qədər sıxacaqlar. Azərbaycanın Qərbdən üz çevirməsi Qərb üçün ağır itki olacaq.
Daha sonra bu günə qədər olan əməkdaşlığa görə ABŞ-a, Avropaya minnət qoyurlar. Bir sözlə, hökumət deyir ki, sanksiyalar reallaşsa birdəfəlik Qərblə vidalaşacağıq.

Azərbaycan Qərbə üz çevirsə, Tap-ın, Tanapın axırı necə olacaq? Azərbaycan külli miqdarda kreditləri kimdən alacaq? Azərbaycanın xarici ticarət dövriyyəsinin əsas hissəsi Qərbin payına düşmürmü?
Avropaya, ABŞ-a “mən səndən küsdərəcik” desək nefti-qazı kimə satacağıq? Ölkəyə investisiya yatırılmasını hansı ölkələrin şirkətləri hesabına həyata keçirəcəyik? Ümumiyyətlə, Azərbaycan birmənalı şəkiıdə Qərbdən üz çevirsə, itirən kim olacaq?
Bu gün hökumət komandasında təmsil olunanların pulları, biznesləri, övladlarının təhsili, müalicə və müayinələri, istirahətləri Qərbdə deyilmi?
Göründüyü kimi dövlətin maraqları da, hökumətin şəxsi maraqları da Qərblə vidalaşmağa imkan vermir.
Azərbaycanda siyasi marağı olan super güclər qarşıdan gələn prezident seçkilərinə əvvəlkidən fərqli proses kimi baxırlar.
Seçkinin necə keçirilməsindən çox, seçkinin nəticəsində hansı bir siyasətin izlənməsi məsələsi önə çıxır və bundan da müəyyən qayğılar doğur.
Azərbaycanda lider dəyişikliyi ilə bağlı hər hansı bəyanat verilən kimi, dərhal Rusiya tərəfindən hansısa formada reaksiyalar gəlir.
Adətən, bu reaksiyalar dövlət suverenliyimizi təhdid edən ya konkret addımlar, ya da bəyanatlar şəkilində özünü büruzə verir.
Burda kimlərsə “biz Mehriban Əliyevanı dəstəkləyəcəyik” deyən kimi, Jurnovskidən dərhal cavab gəlir ki, Azərbaycan Rusiyaya qatılmalıdır.

Yaxud, Azərbaycan Avropa Birliyi ilə hansısa əməkdaşlıq məsələsini müzakirəyə başlayır, Rusiya Ermənistanla hərbi müttəfiqliyini gücləndirən addımlar atır.
Və ya Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolunun istifadəsinə və açılışına hazırlaşır, Rusiya Duması sərhədlərində guya dövlət maraqlarına qarşı hər hansı etnik qarşıdurma bəhanəsilə qoşunlarını başqa dövlətin 40 km ərazisinə yeritmək barədə qərar qəbul edir.
Bəzi analitiklər hesab edirlər ki, Qərb ölkələrinin Azərbaycanı tənqid atəşinə tutması komanda və lider dəyişikliyinə yardım etmək üçündür. Rusiyanın təzyiqəri isə bu komandanı saxlamağa xidmət edir.
Bu iki addım arasında hansı eynilikdən söhbət gedə bilər? Qərb ölkələri indiki hakimiyyət komandasının dayaqlarını sarsıtmaq xətti tutub.
Azərbaycanda növbəti Prezident seçkisiylə baş tutması gəzlənilən komanda dəyişikliyi ABŞ və Qərb maraq dairələrinin məqsədlərinə, siyasi xətlərinə uyğundur.

Siam.az
Şamxal
Tarix: 20-11-2017, 08:27
Xəbəri paylaş





Xəbər lenti