Ermənistanda hakimiyyət çevrilişi sülhü əlçatmaz edib – təhlükə


Minsk Qrupu həmsədrlərinin regiona budəfəki səfəri Qarabağ danışıqlarını xilas edə biləcəkmi? Rusiyalı politoloq: “90-cı illərin qanlı olaylarının təkrarlanma ehtimalı kəskin şəkildə artıb...”

2018-ci ilin 5-ci ayı da arxada qaldı. Əfsus ki, may da Dağlıq Qarabağ konfliktinin həlli baxımından itirilmiş fürsət ayları sırasına daxil oldu. Bu harasıdır, ötən ay münaqişənin faktiki şəkildə daha təhlükəli məcrada inkişafının əsası qoyuldu. Söhbət işğalçı Ermənistanda gerçəkləşən hakimiyyət çevrilişinin doğurduğu təhlükəli perspektivdən gedir.

Bu ay ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri gözlənilir. Məlumatlara görə, onlar yalnız Ermənistana baş çəkməyi planlaşdırırlar. Bu da növbəti səfərin əsas özəlliyi sayıla bilər. Ola bilsin, bu, həmsədrlər tərəfindən doğru yanaşmadır. Çünki Nikol Paşinyan küçə etirazları nəticəsində baş nazir olandan sonra Dağlıq Qarabağ mövzusunda bir sıra sərsəm və populist açıqlamalar verib.

Bu açıqlamaların hamısı onsuz da iki ildir dalanda olan sülh prosesini daha da qəlizə salıb və müharibə riskin artırıb. Onun Dağlıq Qarabağdakı separatçı rejimi danışıqlara qoşmaqla bağlı tələbi, Ermənistanın münaqişə tərəfi olmadığı haqda sayıqlaması da o sıradadır. Hətta Nikol Paşinyanın sələfləri belə iddialarda olmayıb.

PaÅinyan  ile ilgili görsel sonucu

Məsələn, keçmiş prezident və baş nazir Serj Sərkisyan Ermənistanın münaqişə tərəfi olduğunu gizlətmirdi və bildirirdi ki, Dağlıq Qarabağ erməniləri sülh anlaşmasının son mərhələsində danışıqlara qoşulmalıdır. Ümid edək ki, həmsədrlər “yuxarıdan gedən” Paşinyana “göydən yerə” endirəcək, başına ağıl qoyacaqlar.          

***** 

Bunu ən əvvəl münaqişə zonasında Paşinyanın baş nazir olması ilə xeyli artmış müharibə riski diktə edir. Hər necə olmasa, əsas vasitəçi dövlətlər - Rusiya və ABŞ yeni və dağıdıcı müharibədə maraqlı deyil.   

“Xatırladım ki, Nikol Paşinyanı Qarabağın müstəqilliyinin tanınmasını və ya Ermənistana birləşdirilməsini tələb edən Daşnaksütyun Partiyası və digər radikal qüvvələr dəstəkləyib. Ona görə də düşünürəm ki, Ermənistanla Azərbaycan arasında 1990-cı illərin qanlı hadisələrinin təkrarlanma ehtimalı kəskin şəkildə artıb”. Bu fikir Qarabağ məsələsində ədalətli yanaşması ilə fərqlənən Rusiyanın tanınmış jurnalisti və siyasi şərhçisi Maksim Şevçenkoya məxsusdur.

PaÅinyan  ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Paşinyanın ciddi şəkildə Qarabağ məsələsinə “stavka” eləməsi, Sərkisyanı və komandasını Qarabağ məsələsinin həllini tormozlamaqda suçlaması nəticəsində Ermənistanda millətçilik və hərbi əhval-ruhiyyə yenidən alovlanıb: “Bu baxımdan onların Xankəndində bəzi təxribatçı tədbirlər keçirməsi təsadüfi deyildi. Ona görə də Ermənistanla Azərbaycan arasında növbəti hərbi qarşıdurma ehtimalını yüksək qiymətləndirirəm”.

Təhlilçi 2016-cı ilin aprel müharibəsindən də danışıb. “2016-cı ilin aprel hadisələri zamanı hər ölkə öz məsələsini həll edirdi. Azərbaycanlılar müzəffər hərbi hücumlar həyata keçirməyə qadir olduqlarını göstərdilər, ermənilər əhalini səfərbər etdilər, Rusiya isə özünü sülhməramlı kimi təqdim etməyə çalışdı. İndi isə vəziyyət başqadır, müharibə ehtimalı yüksəkdir. Ehtimal hələ yüz faiz müharibənin olacağı demək deyil, amma təhlükəlidir. Gəlin bir anlıq təsəvvür edək ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar yenidən alovlanıb. Bu, regionda situasiyanın tamamilə dəyişməsi demək olacaq, Rusiya-Türkiyə ittifaqını darmadağın edəcək. Çünki müharibə başlayacağı təqdirdə Türkiyə təbii ki, qardaş Azərbaycanın yanında olacaq və istisna olunmur ki, bu müharibəyə qoşulacaq. Rusiyanın isə kimin yanında olacağı bəllidir. Ona görə də bu müharibə heç kimə lazım deyil. Düşünürəm ki, Rusiya da, Türkiyə də müharibənin baş verməməsi üçün əlindən gələni edəcək, həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə çalışacaq”, - deyə o ehtimal edib.

PaÅinyan ile ilgili görsel sonucu

Şevçenko bir məsələni xüsusi qeyd edib: “Erməni millətçiliyi olduqca təhlükəli və radikal bir şeydir. Ermənistanda dəyişməz mövqeli qruplar çoxdur. Onlar indiyədək baş vermiş bu qədər tarixi hadisələrə baxmayaraq, heç bir dialoqa qadir deyillər. Qadir olduqları yeganə şey erməni xalqının qarşısına qoyduqları hansısa utopik irqi və ya etnik ”hədəflər"dir. Ümid etmək istəyirəm ki, bu qruplar sıxışdırılıb ikinci plana keçiriləcək".

*****

“Təəssüflər olsun ki, Ermənistan tərəfi sülhə hazır deyil. Çünki Ermənistanda hakimiyyətə gələn qüvvələr hələ hakimiyyətə tam şəkildə yiyələnə bilməyiblər. Digər tərəfdən, hakimiyyətə gələn yeni qüvvələr öz siyasətlərinə populist bəyanatlarla başlayıblar. Bu baxımdan inanmıram ki, onların mövqeyi həqiqətə və ya real vəziyyətə uyğun olacaq”. Bu sözləri axar.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, danışıqlar prosesi artıq çoxdandır ki, Ermənistan tərəfindən siyasi səhnəcik kimi istifadə olunur: “Biz dəfələrlə bunun şahidi olmuşuq. Bəzi qüvvələr danışıqların imitasiyasının davam olunmasında maraqlıdır. İmitasiya da əsasən Rusiya XİN-in xətti ilə həyata keçirilir. Son zamanlar Tramp administrasiyası Qarabağa dair müxtəlif bəyanatlar verib. Hiss olunur ki, vəziyyət dəyişib. Əvvəllər hətta belə bəyanatlar səslənirdi ki, Rusiya və ABŞ arasında bu mövzuya aid fikirlər eynidir. Əslində buna inanmırdıq. Daha sonra ara bir qədər sakitləşdi və həmin dövrdə Tramp administasiyası xarici məsələlərlə bağlı yeni mövqelər formalaşdırmağa başladı. Görünür, Dağlıq Qarabağ məsələsinə növbə indi çatıb. İlk növbədə ABŞ dövlət katibinin bəyanatında, daha sonra isə Trampın Azərbaycan prezidentinə göndərdiyi məktubda Qarabağ məsələsinin yaxın vaxtlarda həllinin vacibliyini qeyd edildi”.

PaÅinyan ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, bu baxımdan ABŞ-ın fəallaşması digər həmsədrlərə bir siqnal olacaq. “Ona görə ki, artıq onların da real mövqe göstərməsinin zamanı gəlib çatıb. Bu fonda Qarabağ mövzusu ilə bağlı Qərblə Rusiya arasında rəqabətin artacağını istisna etmirəm”, - deyə sabiq diplomat əlavə edib.

*****

Ancaq bir məsələ də var: bütün hallarda vəziyyətin yaxşıya dəyişməsi Ermənistanı konstruktiv mövqeyə məcbur eləməkdən keçir. Ermənistanın yeni rəhbərliyi isə hazırda eyforik ovqatdadır və əhalini də eyni ovqata kökləməkdədir. Bununla da sülh, faktiki, əlçatmaz olub. Minsk Qrupu həmsədrləri bu qorxulu vəziyyəti yaxşıya dəyişə biləcəklərmi? Bir azca gözləyək. 

Tarix: 1-06-2018, 10:03
Xəbəri paylaş





Xəbər lenti