Erməni kəşfiyyatçı: Azərbaycan Ermənistanı iki böləcək

 "Azərbaycan ordusu Göyçə və Dərələyəz mahallarını nəzarətə götürəcək"

Ermənistanda hərbi kəşfiyatçı Vova Vartanov iddia edib ki, Azərbaycan ordusu Naxçıvan və Gədəbəydən hücum etməklə Göyçə və Dərələyəz mahallarını nəzarətə götürəcək.   

İstiPress-in məlumatına görə, Vartanov Ermənistanın “1in.am” portalına müsahibə verərək, Azərbaycan ordusunun Naxçıvanda mövqelərini 5 kilometr irəli çəkməsinin səbəblərini şərh edib.

Onun iddiasına görə, 2016-cı ildə Azərbaycan ordusu işğal edilmiş torpaqları blits-kriqlə, yəni ildırım müharibəsi ilə götürməyin mümkün olduğunu başa düşüb. Buna görə də, Vartanov düşünür ki, Azərbaycan blits-kriq eləmək üçün mütləq Ermənistanı ikiyə bölərək Vardenis - Ağdərə,  Gorus  - Xankəndi yollarını kəsməlidir.  

İrəvanda Paşinyan inqilabı zamanı Rusiya əleyhinə  çıxışlar
İrəvanda Paşinyan inqilabı zamanı Rusiya əleyhinə çıxışlar

Vova Vartanovun dedikləri indiki vəziyyətdə bir xeyli fantastik gəlir. Hər halda, Ermənistan KTMT-nin və Avrasiya İttifaqının üzvüdür və Rusiya Azərbaycanın Ermənistan ərazisinə müdaxiləsinə yol verməyəcəyini söz verib. Yəni Azərbaycan Ermiənistanla öz ərazisində döyüşməyə məhkumdur, təbii ki, 2016-cı ildə Moskva buna da imkan vermədi və rəsmi olmasa da, Qarabağa desant tökdü, Azərbaycandan hücumu dayandırmağı tələb etdi və s.

Lakin “Pravda” qəzetinin yazdığına görə, Paşinyanın baş nazir seçilməsindən sonra bu mümkün ola bilər. Çünki Paşinyan Rusiyanın düşmənlərini önəmli vəzifələrə gətirib. Qəzetə müsahibə verən rusiyalı politoloq Oleq Kuznetsov bildirib ki, hazırda Ermənistanla Rusiyanın geosiyasi maraqlarının toqquşması gedir: “Əgər Paşinyan da Saakaşvili kimi Rusiya hərbi mövcudluğunu Ermənistan ərazisindən çıxararsa, bu, Vaşinqton üçün Yaxın Şərqdə geosiyasi itkinin əvəzində səmərəli kompensasiya ola bilər”.

Politoloqun fikrincə, bu, Rusiyada erməni lobbisinin təmsilçiləri Sergey Davrov və Valentina Matvienkonun işsiz qalması ilə yanaşı hərbi sahədə də Azərbaycan üçün yeni qapılar aça bilər: “Moskva Azərbaycanın işğal edilmiş ərazilərini azad edilməsi və “Artsax” adlandırılan yiyəsiz terrorizm zonasının məhvi ilə bağlı hərbi əməliyyatlarını sanksiyalaşdıra bilər. Bundan sonra Bakı- Ankara- Moskva regional təhlükəsizlik üçbucağı yaranar ki, Cənubi Qafqaz, nəhayət, sabitlik və təhlükəsizlik qazanar”,- deyə Oleq Kuznetsov vurğulayıb. 

Tarix: 3-06-2018, 23:52
Xəbəri paylaş





Xəbər lenti