“4 İYUN – TARİXİN ƏN KOMİK ÇEVRİLİŞİ” !!!


NİYƏ HEÇ KİM GERÇƏKLƏRİ DANIŞMAQ İSTƏMİR ???!!!

————————-

Sərdar ƏLİBƏYLİ

————————-

İsa Qəmbər dünən, 4 iyunla bağlı, Sevinc Osmanqızı ilə müsahibəsində, o zamankı hakimiyyətin və bu hakimiyyətin təmsilçiləri olaraq özlərinin korafəhimliyindən, maymaqlığından, fəfikliyindən və “qiyam” deyə nitələndirilən hadisələrin meydana gəlməsində oynadıqları məşum roldan heç danışmadı. İndiki hakimiyyətdə olanlar kimi, bunlar da özlərindən başqa hamını günahlandırmaqla haraya varmaq istəyirlər belə?! …

Yaa, bu adamlar, taa Gəncəyə gedib-qayıtmiş ilk komissiyanın hesabatına qədər, ümumiyyətlə heç nəyi boyunlarına almırdılar, hətta Gəncədə əməliyyat keçirmək cəhdində bulunduqlarını belə söyləməyə cəsarətləri çatmırdı. Sonralar isə parlament divarları arasında məsuliyyəti bir-birinin üzərinə atmaq cəhdlərindən heç danışmağına dəyməz və indinin özündə də bu halları təsdiq edən onlarla videomateriallar var “YouTube”də…

Bu baxımdan hakimiyyət məsələləri öz xeyrinə, o zamankı iqtidarın indi müxalifətin önündə olan rəsmiləri də öz xeyirlərinə saxtalaşdırır, həqiqətləri söyləməkdən çəkinirlər. Bir sıra hallarda isə, indiki müxaliflər bütün məsuliyyəti mərhum Elçibəyin üzərinə atmağa cəhd edir, bu yöndə açıq-gizli bəyanlarda bulunurlar.

Bu arada “20 Yanvar sindromu” da təzə tezis kimi görsəndi mənə. Bir də, “güc tətbiq etməklə qiyamı yatırmaq” iddiası da absurddu, zatən bunların “güc” dedikləri nəsnə tətbiq olunmuşdu və bu “güc”ün bir hissəsi Surətə əsir düşmüşdü, bir hissəsi də, taa Tiflisəcən qaçaraq, pərən-pərən olmuşdu. Bütün bunlar, tarix anlamında az qala dünən olmuş hadisələrdi və millətin gözləri önündə baş verib. Bu qədər riyakarlq və yalanlar kimə və niyə lazımdı görən? Niyə hamılıqla həqiqətləri danışıb durumun yaratdığı ağırlıqlardan və günahlardan qurtulmaq istəmir heç kim?!!

————————————————————————————

P.S.

GÜNÜN STATUSU:

“ƏN UĞURSUZ, ƏN BİABIRÇI YOL SEÇİLDİ”!!!

“Qiyamdan sonrakı sistemli iş hakimiyyəti ən qısa vaxtda, sürətlə Heydər Əliyevə ötürmək olub.”!!!

“Elçibəy öz addımı haqqında onu seçən xalqa hesabat vermədi.  Bu gün isə hökumətdən hesabatlıq istəyirik.”!!! 

Fb-NİN GÜNDƏMİNDƏN


Yadigar SADİQOV

04 iyun 2018

4 iyun – tarixin ən komik çevrilişinin başlandığı gün. 

Çətin dövr idi. Hakimiyyətin qorunub saxlanılacağına heç kim təminat verə bilməzdi. Lakin hakimiyyəti itirməyin də bir yolu-yöntəmi olmalıdır. Heç olmasa bir qiyamı yatırıb digərində devrilmək olardı. Deyilərdi ki, birini bacardıq, digərini yox. Heç olmasa xeyli müqavimət göstərmək olardı. Deyilərdi ki, əlimizdən gələni etdik. Nəhayət, növbədənkənar seçki təyin etmək olardı. Xalqdan alınan mandatı (əmanəti) yenidən ona qaytarmaq üçün. Yenidən xalqın seçim etməsi üçün. Ən uğursuz, ən biabırçı yol seçildi. Daha pisi də odur ki, sonralar Elçibəy öz addımı haqqında onu seçən xalqa hesabat vermədi. “Zamana ehtiyacı var” deyib durdu. Bu gün isə hökumətdən hesabatlılıq istəyirik. 
Elman Fettah ötən il haqlı olaraq yazmışdı: Qiyamdan sonrakı sistemli iş onu məhv etmək yönündə yox, hakimiyyəti mümkün olan ən qısa vaxtda, mümkün olan ən yüksək sürətlə Heydər Əliyevə ötürmək olub. (c)

Tarix: 5-06-2018, 14:41
Xəbəri paylaş





Xəbər lenti