Təhsil Nazirliyi şagirdlərdən yığılan “halallıq pulu” ilə bağlı araşdırmaya başladı

 Bir müddətdir ki, bir sıra təhsil müəssisələrində "halallıq pulu” adı ilə şagirdlərdən 20-100 manat arasında vəsait yığılır. 
 
Sfera.az bildirir ki,bununla bağlı sosial şəbəkələrdə valideynlər tez-tez paylaşımlar edirlər. 
Məlumata görə, bu hal əsasən Yeni Günəşlidə yerləşən məktəblərdə (rus dilli məktəblər də daxil olmaqla) dəb halını alıb. Valideynlərin sözlərinə görə, uşaqlardan bu pulun yığılması bir növ  "ənənə”yə çevrilib. 

Sosial şəbəkədə yayılan məlumatlara əsasən, hətta bölgələrdə də "halallıq pulu” yığılır. 

Xüsusən də, Ucar rayonunda yerləşən məktəblərin adı hallanır. Bildirilir ki, burada "hallalıq pulu" adı altında müəllimlər şagirdlərdən 20-100 manat arasında pul yığırlar. 

Təhsil Nazirliyindən Sfera.az-ın ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, nazirlik məsələdən xəbərdardır:

"Bununla bağlı bir neçə şikayət gəlib. Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb".

Tarix: 6-06-2018, 17:56
Xəbəri paylaş





Xəbər lenti