Ramiz Zeynalov təqaüdə göndərilir

                24saat.org xəbər verir ki, yayılan məlumatlara görə, bu məlumat Ramiz Zeynalovun qardaşı, Tovuzun icra başçısı Tofiq Zeynalovun qəfil işdən çıxarılmasından sonra yayılıb.
Yada salaq ki, 11 il Tovuzun icra başçısı vəzifəsində çalışan Tofiq Zeynalov bir neçə gün əvvəl işdən çıxarılıb. O, mediaya açıqlamasında işdən çıxarılmasının onun üçün gözlənilməz olduğunu təsdqiləyib. “Nahara getmişdim, qayıdanda dedilər ki, vəzifədən azad edilmisən”, – deyə keçmiş icra başçısı bildirib.Azərbaycan hakimiyyətinin təcrübəsinə istinad etsək görərik ki, qəfil işdən çıxarmalar “vurulma” xarakteri daşıyır.Ona görə də müşahidəçilər hesab edir ki, artıq Zeynalovların dönəmi başa çatıb və mümkündür ki, Ramiz Zeynalov da vəzifəsini itirsin.
Qeyd edək ki, Ramiz Zeybnalov 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. 30 iyun 2003-cü il tarixli Fərmanı ilə “polis general-mayoru” rütbəsi alıb.
Siam.az
Tarix: 10-06-2018, 18:00
Xəbəri paylaş





Xəbər lenti