Bakı və İrəvan müharibəyə hazırlaşır - Alman ekspert

 Dağlıq Qarabağda Ermənistan və Azərbaycan müharibəyə hazırlaşır.
Siam.az  Publika.az-a istinadən xəbər verir ki, almaniyalı politoloq Aleksandr Rar Ermənistan mediasına müsahibəsində tərəflərin müharibəyə hazırlaşdığını deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə münaqişənin həlli ilə bağlı danışıqların dəyişəcəyini proqnozlaşdırmaq olmur:
“Tərəflər faktiki olaraq müharibəyə hazırlaşdıqlarını açıq şəkildə elan edirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri bundan sonrakı mərhələdə daha çox gərginliyin aradan qalxması və təhlükənin dəf edilməsi istiqamətində səy göstərəcək”.
Tarix: 11-06-2018, 11:41
Xəbəri paylaş





Xəbər lenti