Muxtar Babayevin menyusuna: meşələri qırıb arabayla daşıyırlar və "pulunu vermişik" deyirlər - VİDEO






Muxtar Babayevin menyusuna: meşələri qırıb arabayla daşıyırlar və "pulunu vermişik" deyirlər - VİDEO
Yaşılıqların və meşə zolaqlarının ölkə boyunca talan edilməsi prosesi davam edir. Prezident seçkilərindən sonra Ekologiya va Təbii Sərvətlər Naziri postunda dəyişiklik edilərək bu kürsüyə Muxtar Babayevin təyin olunması da heç nəyi dəyişməyib. Əksinə meşələrin qırılması əvvəl gizli şəkildə həyata keçirilirdisə indi proses aşkar şəraitdə həyata keçirilir.

Savash.org xatırladır ki, Muxtar Babayevin bu posta təyinatı ictimaiyyətdə müəyyən ümidlər yaratmışdı. lakin aradan keçən çox qısa zaman kəsiyində bu ümidlərin heç bir əsasa söykənmədiyi təsdiqlənməkdədir. Bunu Qəbələ meşələrinin talanı ilə bağlı mediada yer almış videogörüntülər də sübut edir.

Belə ki, Qəbələ rayonunun Nic kəndində meşəni günün günorta çağı qırıb arabalar ilə aparırılar,hələ üstəlik deyirlər ki,”Biz buna görə meşə idarəsinin müdirinə pul vermişik".

Ümid edirik Ekologiya va Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsi məsələ ilə bağlı tədbir görəcək və məsul şəxslərdən izahat tələb edəcək.
Tarix: 12-06-2018, 14:15
Xəbəri paylaş





Xəbər lenti