Qubad İbadoğludan qəzəbli etiraz:“Paşinyanın Qarabağda nə iti azıb? Bununla nə demək istəyir?"



“Yaxşı olardı ki, Paşınyan Qarabağda olanda Azərbaycanın da Baş naziri təmas xəttinə göndərilsin”.

Strateq.az bildirir ki, bu sözləri tanınmış iqtisadçı, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu sosial şəbəkədə Ermənistanın baş nazirinin işğal olunmuş torpaqlara səfərinə etiraz edərək yazıb.

“Ermənistanın baş naziri Dağlıq Qarabağı su yoluna çevirib. Erməni mətbuatının yaydığı məlumata görə, o 1 ayda 2 dəfə işğal altında olan Dağlıq Qarabağa səfər edərək, təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub. Ölkəsində sosial-iqtisadi duruma məsul olan şəxsin Qarabağda nə iti azıb, o işğal olunmuş torpaqlarda nə axtarır? Bununla nə demək istəyir, kimə güc göstərir?

Q.İbadoğlu hakimiyyəti Paşinyanın səfərinə reaksiya verməyə çağırıb: Həqiqətənmi Ermənistanın hazırkı hakimiyyət sülh danışıqlarında maraq göstərmirsə onda biz nəyi gözləyirik, niyə adekvat addımlar atmırıq? Məlumdur ki, Rusiyadan çəkinirik, xüsusilə də Rusiyaya futbol üzrə dünya çempionatında sakitlik və əmin-amanlıq lazımdır.

Tarix: 17-06-2018, 21:22
Xəbəri paylaş





Xəbər lenti