Cənubi Koreyanın fenomenal uğurunun sirləri - iqtisadçı şərhi (VİDEO)


Nə üçün Azərbaycan kəndləri boşalır, nə üçün əhali kəndlərdən şəhərə axın edir, nə üçün kənd əhalisi müflisləşir, kəndlərlə şəhər həyatı arasında kənarlaşma günü gündən artır?

Bu tip suallara cavab axtarmaq üçün və bu neqativ halların aradan qaldırılmsaı məqsədi ilə bir neçə gün əvvəl FB səhifəsində dünya ölkələrində kənd və şəhər həyat şəraitinin bərabərləşdirilməsi istiqamətində araşdırma aparmış və İsveçrənin timsalında bu problemin həlli istiqamətində atılan addımları və təcrübəni təhlil etmişdim. Söz verdiyim kimi, bu araşdırmanı davam etdirirəm və bu gün bu istiqamətdə ən yaxşı nailiyyətlər əldə edən Cənubi Koreyanın təcrübəsini oxucuların nəzərinə çatdıracam. Bu gün Cənubi Koreya kəndin inkişafı, kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılması, kəndlə şəharin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük nailiyyətlər qazanan ən qabaqcıl ölkələrdən ibarətdir.

Cənubi Koreya:

Ərazisi 100, 8 min kv km

Əhalisi 51,5 milyon

Ümumi daxili məhsulun həcmi – 1 trilyon 673 milyard USD (Rusiya – 1 trilyon 200 milyard USD).
Kənd təsərrüfatı məhsullarının həcmi – 47 milyard USD

Dövlət büdcəsi – 420 milyard USD (Türkiyə – 170 milyard USD, Rusiya-220 milyard USD).

İxracı – 560 milyard USD (Rusiya 315 USD, Türkiyə -150 milyard USD).

Cənubi Koreya 1953-cü ildə sovet kommunizmi ilə müharibədən sonra kommunistlərin çəngindən xilas olmuş və Cənubi Koreya Resbublikasını qurmuş, ölkənin şimal hissəsi Şimali Koreya Sovet ittifaqının birbaşa dəstəyi və iştirakı ilə aparılan müharibə nəticəsində ayrılmış bu günə kimi fəaliyyətdə olan Koreya Xalq Demokratik Respublikası kimi fəaliyyətə başlamışdır. Cənubi Koreyanın azad olunmasında ABŞ başda olmaqla bütün mütərəqqi qüvvələr, o cümlədən Avropa ölkələri yaxından iştirak edib. Lakin bu müharibəyə canlı qüvvə ilə Türkiyə qoşulduqdan sonra Cənubi Koreya azadlığına qovuşub. Türkiyənin bu böyük xidmətini Koreya xalqı daimi xatırlayır və qiymətləndirilir.

Bundan sonra yenə də ABŞ-ın və Avropanın hərtərəfli dəstəyi ilə Cənubi Koreya dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlib. Eyni start şəraitinə malik ərazi və əhalisinin miqdarında cüzi fərq olan iki eyni millətin dövlətlərindən biri zirvələrə yüksələrək, ÜDM-un həcmi 1 trilyon 673 milyard dollar olubsa, digəri kommunistlərin təsiri altında ən geridə qalmış ölkələr sırasına daxil olub, Cənubi Koreyadan 67 dəfə az ÜDM-a – cəmi 25 milyard dollara nail olub. O vaxt Cənubi Koreyada adambaşına düşən ÜDM cəmi 65 dollar təşkil edirdi, dünyanın ən kasıb ölkələrindən biri idi. Rusiyada və bu ölkəni kommunistlərdən azad edən Türkiyədən 10 dəfə pis yaşayırdı. İndi isə tam tərsinə, Rusiyadan 1,4 dəfə, Türkiyədən isə 2 dəfə çox məhsul stehsal edir. Adambaşına düşən ÜDM görə isə müqayisə olunan hər iki ölkədən 3-4 dəfə yaxşı vəziyyətdə durur.

Səbəb yalnız düzgün iqtisadi və beynəlxalq siyasətdə, güclü islahatlarda və təbii ki, ABŞ və Avropa kimi böyük güclərin potensialından səmərəli istifadədir.

Çox müəmmalı və həm də maraqlı nəticələr Cənubi Koreyanın Türkiyə ilə müqayisəsi prosesində ortaya çıxır. Bu ölkə ABŞ və Türkiyə ordusu tərəfindən azad olunduğu ərəfədə dünyanın ən kasıb ölkəsi idi, adambaşına düşən gəlir cəmi 65 dollar təşkil edirdi. Türkiyə isə nisbətən güclü və xeyli yüksək inkişafa malik bir dövlət idi, təqribən 8-10 dəfə Cənubi Koreyadan yüksək göstəricilərə sahib idi. Çox müəmmalı vəziyyət alınır, indi Cənubi Koreya adambaşına düşən gəlirə görə 3-4 dəfə Türkiyədən irəlidədi, Koreyanın istehsal həcmi iki dəfə, ixracatı 3-4 dəfə, büdcəsi 2 dəfə, elm xərcləri – 8-10 dəfə Türkiyədən irəlidi. Əgər Cənubi Koreya dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olmuşdursa, Türkiyə hələ də ikinci qrup ölkələr sırasında yerində addımlayır. Belə olan halda Cənubi Koreya inkişaf etmiş ölkə kimi əksəriyyət geridə qalmış ölkələrə böyük miqdarda kömək göstərir, ciddi proqramlar yerinə yetirir, amma özünün xilaskarı saydığı Türkiyə ilə heç bir əməkdaşlıq və yardım proqramı yerinə yetirmir. (BMT-nin beynəlxalq qaydalarına görə hər bir inkişaf etmiş ölkə geridə qalmış ölkələrə yardım etməlidir). Bunun səbəbi Cənubi Koreya deyil, sadəcə Türkiyə müraciət etmir. Eyni vəziyyət Azərbaycan üzrədir. Mən şəxsən Kənd Təsərrüfat Nazirliyinə proqram layihəsi də təqdim etmişəm, lakin heç bir hərəkət yoxdur. Cənubi Koreyanın KOPİA, KAPİCA və digər yardım proqramları üzrə zəif inkişaf etmiş və ya keçid ərəfəsində olan ölkələrə milyonlarla dollarlıq texniki və təşkilatı yardım layihələri movcuddur. Bu proqramlar üzrə kənd təsərrüfatında islahatlara, innovasiya tədbirlərinə, yeni kənd strukturlarının qurulmasına, kənd təsərrüfatının mexankləşdirilməsinə, Cənubi Koreya təcrübəsinin geniş yayılmasına böyük miqdarda vəsait xərclənir. Bizim ölkələr bu yardımlardan nə üçün istifadə etməməlidir?

Bu gün Koreya kəndi Avropa kəndlərindən heç də geri qalmır, üstəlik, əgər Avropa kənd ilə şəhər arasında inkişaf səviyyəsinin bərabərləşdirilməsi uzun tarixə malikdirsə, Cənubi Koreyada bu nailiyyətlər qısa zamanda əldə olunub. 1960-cı illərin əvvəlində Koreya islahatlarının müəllifi Pak Çjon Xi hakimiyyətə gələndə geniş islahatlara başladı və birinci dekada sənayedə böyük müvəffəqiyyət əldə etdi. Amma bu ərəfədə ən böyük problem Koreya kəndi və kənd təssərüfatının inkişafı idi. Çünki Cənubi Koreyanın ərazisi kiçik idi, təqribən bir az Azərbaycandan çox (100,3 min kv km), onun da cəmi 22% kənd təssərrüfatına yararlı sahələrdə yerləşirdi, əhali isə çox, yəni insanları işlətməkdən öncə yedirtmək lazım idi, bunun üçün insanları kəndə cəlb etmək lazım idi. 1970-ci illərdə Pak Çjon Xi kəndə doğru-Yeni icma hərəkatının başlanmasına qərar verdi, bu islahat sistemi tarixdə Saemaul Undong Movement (SU) kimi məhşorlaşdı. SU hərəkatının əsas müddəaları:

1. Kəndlər yenidən qurulmalı idi. Kəndlərdə bütün infrastrukturlar qurulmalı, şəhərdə mövcud olan şərait yaradılmalı idi. Bank qurumları xüsusi yer tuturdu. (Azərbaycanda heç bir kənddə bank yoxdur).

2. Milli gəlirin şəhər və kənd arasında yenidən bölgüsü sistemi qurulmalı, bu iş kəndin xeyrinə xeyli dəyişdirilməli idi. Bu məqsədlə kənd təsərrüfatına subsidiya ciddi surətdə artırılmalı idi. İndi Cənubi Koreya dünya ölkələri içərisində kənd təssərrüfatını ən çox subsidiyalaşdıran ölkədir, kənd təsərrüfatı məhsullarının həcmində subsidiyaların payı 70-75% təşkil edir (Azərbaycanda 5-10%).

3. Kəndlərdə yeni sistem yaradılmalı və qarşılıqlı köməyə, yeni mədəniyyətə və davranışa uyğun insan yetişdirilməli, kənddə qarşılıqlı yardım və əməkdaşlıq sisteminə əsasən icmalar qurulmalı idi.

4. Kənd təsərrüfatının inkişafı üçün kəndliyə hər cür maddi, mənəvi və maliyyə dəstəyi təmin edilməli idi.

5. Kənd təssərrüfatı məhsullarına ödənilən dəyər maksimum artırılmalı idi. Bu gün Cənubi Koreya kəndlisi istehsal etdiyi məhsula görə ən çox ödəniş alan kəndlidir.

Bu kimi tədbirlər nəticəsində Cənubi Koreyada yüksək məhsuldarlığa, innovasiyalara əsaslanan kənd təssərrüfatı sistemi quruldu, artıq demək olar ki, Cənubi Koreya belə kiçik ərazidə 51 milyonluq əhalinin tələbatını da ödəyir, ixraca da məhsul çıxarır. Koreya bu gün fiziki həcm etibarı ilə Azərbaycanın bütün kənd təsəsrrüfatı məhsulları qədər (ton) yalnız düyü istehsal edir. Videodan göründüyü kimi, şəhərdə olan bütün şərait kəndlərdə yaradılmışdır. Artıq Cənubi Koreya xalqının “ənənəvi kənd” deyə problemi demək olar ki, yoxdur. Şəhərdə olan bütün infrastruktur elementləri kəndlərdə də var. Belə olan vəziyyətdə isə şəhərə axına ehtiyac qalmır.

Professor Saleh Məmmədov

Tarix: 26-12-2018, 15:15
Xəbəri paylaş





Xəbər lenti