Dövlətə xəyanətə görə cəza: Sabiq MTN əməkdaşlarını nə gözləyir? - HÜQUQŞÜNAS RƏYİ


Dövlətə xəyanətə görə cəza: Sabiq MTN əməkdaşlarını nə gözləyir? - HÜQUQŞÜNAS RƏYİ

Dövlət Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanlarına işləyən iki nəfəri həbs edib. 

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu və 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət ediblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs ediliblər. 

Maraqlıdır, sözügedən maddə ilə təqsirləndirilən şəxsə hansı cəza nəzərdə tutulur? 

Hüquqşqnas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, bu maddə ömürlük həbs cəzasını nəzərdə tutur: 

“Adətən, o maddədə ömürlük azadlıqdan məhrumetmə cəzası olur. Həmin məsələdə dövlətə və onun təhlükəsizliyinə nə qədər ziyan vurulması əsas olmalıdır. Hər halda istintaq bunu müəyyən edəcək. Ondan sonra isə məhkəmədə qiymətləndiriləcək ”. 


Tarix: 27-12-2018, 16:41
Xəbəri paylaş





Xəbər lenti