Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

 


Təbrikdə deyilir :

"Əziz Soydaşlar !
Hörmətli Bacılar və Qardaşlar!

Sizi, Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü və 2019-cu il təqvim bayramı münasibəti ilə təbrik edirəm!
2019-cu ildə, Elçibəy ideyalarının əməli nəticəsi olan 31 dekabr - Sərhəd Hərəkatının 30 yaşı tamam olur. Bütün Şəhidlərimizin xatirəsini hörmətlə yad edir, onların ruhları qarşısında olan borclarımızı yerinə yetirməyi ALLAHdan arzulayıram! Həmrəylik Gününün yaranmasında iştirak edən Milli Azadlıq Hərəkatının bütün nümayəndələrini təbrik edirəm! Milli Azadlıq Hərəkatının nəticəsi olan 31 Dekabr, Azərbaycan adının yaşadanların dövlət bayramıdır!

Əziz Həmvətənlər !
Hörmətli xanımlar və bəylər!
Torpaqlarımızın işğaldan azad olunması, vətənimizin bütövləşdirilməsi yolunda mübarizə aparan bütün Vətən və Millət əsgərlərinə qələbə arzulayıram!
Güney Azərbaycanda İstiqlal savaşı aparanların mübarizəsi, Millətimizin, Dövlətimizin Bütövləşməsi ilə başa çatacaqdır! Bu müqəddəs savaşda iştirak edən hər kəsi təbriik edirəm!

Əziz soydaşlar !
Sizi, bir daha, 31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü münasibəti ilə, bir daha təbrik edir, 2019-cu ilin Millətimizə, Ümmətimizə, Dövlətimizə və bütün insanlara xeyirli, uğurlu olmasını arzulayıram.”


28 dekabr, 2018-ci il
Bakı şəhəri
Tarix: 28-12-2018, 22:51
Xəbəri paylaş





Xəbər lenti