“… ƏVVƏLA HAMIYA MƏNDƏN SALAM OLSUN, YENİ İL BAYRAMINIZ DA HARAM OLSUN…” !!!


Arif BUZOVNALI:

“QARABAĞDAN AZƏRBAYCANA YENİ İL MƏKTUBU”!!!

Sərdar ƏLİBƏYLİ:

“MƏNİM NİTQİM TUTULDU, KİMİN SÖZÜ VARSA DESİN …” !!!

———————————————————————————-

rüstəm-12Çilik-çilik olmuş aynada görünən əksimiz kimidi bu məmləkətin halı. Toz basmış aynaların tozuna sığınıb, öz əksini görmək istəməyən adamların halına yazıq!

Rüstəm BEHRUDİ 

—————————————————————————

P.S.

“YENDİRDİLƏR SƏNİ, BƏY, ƏFƏNDİ, XAN MƏMLƏKƏT” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Rustem BEHRUDİ

18 декабря 2016 г. 

MƏMlƏKƏT ÜSTÜNƏ AĞI

Bilirsən ruhumdasan,
Şəhər, küçə, kəndbəkənd,
Ürəyimdən içimə
Qanı axan məmləkət.

Çox yenənlər yenildi,
Növbə yenə sənindi,
Can verirsən min idi,
Min ildi, can, məmləkət.

Bilinməz toyu-yası,
Yazı deyil yazısı…
Şəhidindən qazisi
Əvəz çıxan məmləkət.

Sığındıq ona-buna,
Biz utana-utana;
Uzaqdan tabutuna 
Durub baxan məmləkət.

Mələklər tutsun yasın,
Baxsın, Tanrı ağlasın,
Gözlərinin qorasın,
Yada sıxan məmləkət.

Bil, çəkəmməz bu dağı,
Hirayla Tanrı dağı,
Ətəyindən aşağı,
Qalıb yaxan, məmləkət.

Dev sevdası başımda,
Hazırdı baş daşım da,
Ürəkdən bu yaşımda,
Məni yıxan məmləkət.

Qoy ağlasın bu yer, göy,
Gey, matəm libası gey,
Yendirdilər səni bəy,
Əfəndi, xan məmləkət.

Bilirsən ruhumdasan,
Şəhər, küçə, kəndbəkənd…
Ürəyimdən içimə,
Qanı axan, məmləkət!

Tarix: 3-01-2019, 07:24
Xəbəri paylaş





Xəbər lenti