Sevil Nuriyeva: “Ermənistan Xocalı qətliamı zamanı Rusiyadan başqa, həm də Fransa ilə ABŞ-dan dəstək alıb”


Sevil Nuriyeva: “Ermənistan Xocalı qətliamı zamanı Rusiyadan başqa, həm də Fransa ilə ABŞ-dan dəstək alıb”





Xocalı faciəsi ilə bağlı Türk Media Dijital İnformasiya Agentliyində çıxış edən azərbaycanlı jurnalist, Türkiyədə dərc edilən “Star” qəzetinin əməkdaşı Sevil Nuriyeva deyib: “Xocalı qətliamı zamanı baş verənlərin siyasi ədəbiyyatdakı qarşılığı soyqırımıdır. Çünki kənddə yaşayan dinc insanlar milli və dini mənsubiyyətlərinə görə, qəsdən və şüurlu şəkildə qətlə yetiriliblər. Bu gün Suriya və Misirdə Xocalı qətliamının bənzərlərini görə bilərik. Qətliamlara səbəb olan bu tablolar bəşəriyyət tarixinin üz qarası olaraq tarixə həkk olunur”.

Sevil Nuriyeva Ermənistanın Fransa və ABŞ tərəfindən də dəstəkləndiklərini bildirərək, terrorçuların hələ Ermənistan siyasətinin başında olduğunu vurğulayıb.

Beynəlxalq hüquq sisteminin Xocalı soyqırımı məsələsinə gəldikdə işləmədiyini bildirən Sevil Nuriyeva deyib: “Biz buna bənzər halla Camal Kaşıkçı cinayətində də rastlaşdıq. Cinayətin bütün dəlilləri var ikən bu faciəni törədənlərlə əlbir olan bir dünya ilə qarşı-qarşıyayıq”.

Hurriyyet.org




Tarix: 26-02-2019, 21:33
Xəbəri paylaş





Xəbər lenti