Novruz xonçasının ən faydalı çərəzləri - Ağ ciyər xəstəliklərinin dərmanıdır

 
Milli.Az medicina.az-a istinadən bildirir ki, boz ayda qeyd edilən ikinci çərşənbənin adı "xəbərçi çərşənbə" kimi də tanınır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Bir qayda olaraq həmin gün evlərdə şirniyyatlar bişirilir, xonçalar hazırlanır. Novruz xonçaları öz xüsusi şirniyyatları, çərəzləri quru meyvələri ilə tanınır.
 
Novruz xonçasında olan çərəzlərdən 2-i xüsusilə məşhurdur. Bunlara innab və iydəni misal çəkə bilərik. Bu çərəzlər dadlı olması ilə bərabər çox faydalıdır.  
İydə - çox faydalı və müalicəvi meyvədir. İydənin meyvələri, yarpaqları, ağacın qabığı qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu.
Belə ki, iydə ağacının yarpaqlarının və qabığının dəmləməsi ishal və babasil zamanı çox yaxşı kömək edir.
Kaliumla zəngin olan iydə ürək-damar sistemi üçün çox faydalıdır. Kalium ürəyin normal fəaliyyətini təmin edir, ürək ritminin pozulmasının qarşısını alır. Ürək xəstəlikləri zamanı və bu xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 5 iydə yeyin. İydə güclü büzücü təsirə malikdir və bu səbəbdən meyvənin çoxlu miqdarda istehlakı qəbizliyə səbəb ola bilər.
İydə sakitləşdirici təsirə malikdir, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, əhvalı yaxşılaşdırır.
İydənin tərkibində olan maddələr orqanizmi tonuslaşdırır, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir.
İnnabın tərkibində karotin, C vitamini, 60 %-ə qədər şəkər, tanin, zülal, P vitamini, C vitamini, müxtəlif turşular və çoxlu mikroelementlər, üzvi turşular və pektin maddələri və s. mövcuddur. Bundan başqa innabın tərkibində  yod birləşmələri də var. Meyvələrin dadı şirin, turşa şirin olur. Onların yumşaq sarımtıl ləti vardır. İnnab meyvəsində olan rutin maddəsi insanın qan təzyiqini aşağı salır.
 
Sərinləşdirici xassəyə malikdir. Boğaz və sinəni yumşaldır, böyrək, qaraciyər üçün münasibdir, təmiz və saf qan yaradır. Bir qədər gec həzm olunur və köp əmələ gətirir.
Cinsi fəaliyyəti zəiflədir. Qanın təmizlənməsinə və durulmasına yaxsı təşir göstərir.
Bəlğəm problemini innab yox edər. Böyrək xəstələri duz yeməyi azaldaraq innab meyvəsini yeməlidir, çünki sidikqovucu xüsusiyyəti vardır. Bağırsaqları işlədir. Bədənə rahatlıq verir. Şəkər xəstələrinin rahatlıqla yeyə biləcəkləri bir meyvədir. Uşaqların bəslənməsində də mütləq yemələri lazım olan bir qidadır. Bronxit, asma kimi ağciyər xəstəliyinə qarşı faydalıdır.
 
Özünüzü yorğun və əldən düşmüş hiss edirsinizsə, innab sayəsində enerjinizə qovuşa bilərsiniz. Xüsusilə qış aylarında davamlı öskürən, soyuqlayan, qrip olan kəslərin innab yeməsi məsləhətdir. İnnab qandakı mikrobları təmizləyir. Tez-tez qəbz olursunuzsa, innab yemək məsləhətdir, bu zaman bağırsaqlarınız normal şəkildə işləməyə başlayacaq. Xolesterol və damar xəstəliklərinə qarşı və bir sıra faydaları vardır. İnnab meyvəsi 21 gün müalicə məqsədilə səhər ac qarına 2 ədəd yeyilə bilər.
Tarix: 5-03-2019, 23:59
Xəbəri paylaş





Xəbər lenti