“O vaksini hamıya vurmamış dayanan deyillər…” – Natiq Cəfərli




“Görünən odur ki, dünya ölkələri də, Azərbaycan hökuməti də qapanmaya, sərt “lockdown”a getmək istəmir”.
Bunu REAL partiyasının icraçı katibi , iqtisadçı Natiq Cəfərli deyib. O, qapanmaları çox bahalı və ciddi fəsadları olan addım adlandırıb:

“Dünyada da, bizdə də o vaksini hamıya vurmamış dayanan deyillər. Cəmi 2 doz olsa, dərd yarıdır. Düşünürəm ki, hər 6 aydan bir o iynəni hamıya yenidən vuracaqlar”.
N.Cəfərli qeyd edib ki, sentyabrdan etibarən vətəndaşların restoranlara COVİD pasportla buraxılması aləmi bir-birinə vuracaq: “Biznes də əziyyət çəkəcək, vətəndaşlar da…Yenə cərimələr, narazılıq, orta-kiçik sahibkarlığın baş bəlası..”.
Tarix: 20-08-2021, 23:46
Xəbəri paylaş





Xəbər lenti