Dövlət Dəniz Agentliyinin fəaliyyəti ilə bağlı araşdırma – Şübhəli müqavilələr - VİDEO



Bloqer Mehman Hüseynov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Dövlət Dəniz Agentliyi ilə bağlı araşdırma aparıb.
 
Pravda.az-ın xəbərinə görə, o bildirib ki, Agentliyə tabe olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin bağladığı müqavilələr şübhəlidir.
 
Bloqer qeyd edib ki, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi saxta şirkətlər açıb, dövlət büdcəsindən milyonlarla manatı həmin şirkətlərə köçürüb: “Sonra həmin saxta şirkətlərin direktorlarını həbs etdirirlər və ya öldürməyə çalışırlar. Bu qədər təsadüf ola bilər, sizcə? Niyə harda kriminal var gəlib bu Dövlət Dəniz Agentliyini tapır?”
 

Tarix: 30-08-2021, 08:14
Xəbəri paylaş





Xəbər lenti