"Rişxəndlə, “Bəlkə bir az yavaşlayasınız, nə olub, nə əl-ayağa düşmüsünüz” deyirdilər..."



"Lukaşenko TRT kanalına müsahibə verib, açıq mətnlə deyib ki, yeni “İttifaqın” elanına hazırlıq gedir, hətta ilk addımda Rusiya, Belarus, Kazaxstan və Ukrayna ilə birlikdə davranacaqlarını elan etdi. Çıxışının məğzi budur ki, “İttifaq” Avropa Birliyinin və SSRİ-nin səhvlərini təkarar etmədən qurulacaq".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.


"Belarus hadisələri başlayandan bəri bu haqda yazdıq, efirlərdə danışdıq, Qazaxstan hadisələrinin ilk günlərindən, hələ “ODKB”, yəni Rusiya qoşunlarının girməsinə 48 saata qalmış belə bir təhlükənin olduğunu dedik. Bəziləri ağıllı poz alaraq, guya rişxəndlə, “Bəlkə bir az yavaşlayasız, nə olub, nə əl-ayağa düşmüsünüz”, “Xalqın etirazını gözdən salırsız”, “Yeni SSRİ yaranır, kimi absurd iddalar səsləndirirsiniz”, bizə gülən, mənasız, 48 saat keçmədən puç olan ittihamlar səsləndirdilər, bəziləri də, “Rusiyanın orada nə marağı var ki, bu işi təşkil etsin” dedilər, sonra utanıb ictimayyətdən üzr də istəmədilər.
Son 2 ildə, bəlkə də, 20 dəfə dünyanın yeni müharibələrə “hamilə” olduğu haqqında yazmışıq, danışmışıq, aydın məsələdir ki, qlobal müharibə ola bilməz, nüvə ölkələrinin müharibəsi dünyanın sonu deməkdir, amma lokal, hibrid, kiber, regional müharibələr daha da qızışacaq. Kreml 10-14 yanvar arası Qərblə iki istiqamətdə başlayacaq bazarlıqlar öncəsi öz əlini gücləndirdi, post-sovetin onun arxa baxçası olduğunu bir daha elan etdi, Qərb isə bu mövzuda heç nə etməyəcək, göz yumacaq, tək istəyi Çinlə qarşıdurmada Rusiyanın, heç olmasa, neytral qalması olacaq. Bu mövzuda da anlaşacaqlar. Lukaşenkonun yeni “İttifaqa” Ukraynanı da “daxil” etməsi ondan xəbər verir ki, ölkəni iki yerə bölüb “Şərqi Ukraynanı”, Donbası “müstəqil” dövlət kimi tanıya, onlarla strateji-hərbi müqavilələr bağlaya bilərlər, bu ssenarini gözdən keçirirlər, çünki müsahibədə dini faktora da toxunub, məhz Şərqi Ukrayna pravoslav kimliyin daha çox yayıldığı bölgədir.


2022-ci il çox ağır başladı, həddən artıq ağır da keçəcək, post-sovet ölkələrini yeni müstəqillik mücadiləsi gözləyir – kim işlək, mürəkkəb, güc və ittifaqlar tarazlığı, balansını özündə ehtiva edən sistem qura biləcəksə, o da bu mücadilədən üzüağ çıxa biləcək... Lukaşenkonun məhz Türkiyə kanalına, TRT-yə bu açıqlamaları verməsi də təsadüf deyil, Putinlə razılaşdırılıb".
Tarix: 8-01-2022, 21:29
Xəbəri paylaş





Xəbər lenti