Bizə necə həmkarlar təşkilatı lazımdır?


Yanvar ayının ilk günündən Estoniyada minimum əmək haqqı 654 avro (1262 manat), bir saatlıq minimum əmək haqqı isə 3,86 avro (7.5 manat) təşkil edir. Azərbaycanda isə minimim əmək haqqı bu ildən etibarən 300 manata (155 avro) artırıldı.
Estoniyada minimum əmək haqqının 654 avroya çatdırılmasında Həmkarlar İttifaqlarının mühüm rolu var. Estoniyada yaranmış ənənəyə görə biznes və hökumət minimum əmək haqqını Həmkarlar İttifaqları ilə razılaşdırır.
1991-ci ildə Sovet İttifaqı dağılan zaman Azərbaycanla Estoniyada əmək haqqı təxminən eyni səviyədə idi. Müstəqilliyin əldə olunmasından ötən 31 ildə Estoniyada əmək haqqı davamlı şəkildə artaraq Azərbaycandakı əmək haqqları ilə müqayisədə kəskin fərq yaranıb. Bunun əsas səbəblərindən biri Estoniyada güclü müstəqil Həmkarlar İttifaqının mövcud olmasıdır. Azərbaycanda isə Həmkarlar İttifaqları Konfederasiyasına 1991-ci ildən bu günə kimi eyni bir şəxs, Milli Məclisinin deputatı Səttar Möhbalıyev rəhbərlik edir.
Səttar Möhbalıyevin diqqətinə Estoniya Kimyaçıların Həmkarlar İttifaqı İdarə Heyətinin sədri Yuliya Leontyeva bu sözlərini çatdırmaq istərdim: “Həmkarlar ittifaqı sanatoriyaya göndərişlər verən və sosial yardımlar edən fond deyil. Həmkarlar ittifaqı onları qoruyan və işçilərin mənafeyini təmsil edən təşkilatdır”.
Azərbaycan cəmiyyəti inkişaf etmək istəyirsə ona necə bir həmkarlar təşkilatının lazım olması haqqında dərindən düşünməlidir.
Estoniya Həmkarlar İttifaqı bizə necə bir həmkarlar ittifaqının lazım olması barədə əla nümunə ola bilər.
Siyasi ekspert Xaqani Cəfərli
Tarix: 13-01-2022, 08:53
Xəbəri paylaş





Xəbər lenti