Milli Akademiyanın Tarix İnstitutu ətrafında qalmaqal

Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında prezident Ramiz Mehdiyev Tarix İnstitutunun direktoru Kərim Şükürovu tənqidə məruz qoyub.
İnstitutda qeyri-sağlam mühit hökm sürür, elmi işin yerini dedi-qodular, bəzi əməkdaşların digərlərinə böhtan atması tutub, deyən Mehdiyev rəhbərliyi vəziyyəti sağlamlaşdırmağa çağırıb.
Amma bu tənqid cavab reaksiyasına səbəb olub, belə ki, institutun direktoru Kərim Şükürov bu iddiaları təkzib edib, Ramiz Mehdiyevi “qeyri-peşəkarlıqda və səriştəsizlikdə” ittiham edib.
Kərimov Akademiyanın prezidentini “məişət intriqalarında” ittiham edib və vəzifəsindən istefa etdiyini bildirib.
Turan-ın Akademiyanın prezidentindən və institutun direktorundan şərh almaq cəhdləri nəticə verməyib. Hər ikisi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının keçmiş rəhbəridir, onun fəaliyyəti uzun illərdir həm müxalifətin, həm də hakim dairələrin tənqidinə səbəb olur. 
Contact.az
Tarix: 21-01-2022, 23:15
Xəbəri paylaş





Xəbər lenti