"Şuşa" adının geri çəkilməsi bağışlanmaz bir səhvdir - Deputat




"Şuşa adı hər bir azərbaycanlı üçün əziz və həssas bir məhfumdur. Heç nə onun dəyişdirilməsinə əsas ola bilməz. Hər birimiz, hər bir yerdə bu müqəddəs adı qorumağa çalışmalıyıq".

Bakupost.az xəbər verir ki, bu sözləri deputat Aydın Mirzəzadə Şən və Hazırcavablar Klubunun beynəlxalq yarışmasında ikinci tura keçən "Şuşa" komandasının adının "Buta" adına dəyişməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, təşkilatçılar arasından erməni əsilli bir nəfərin tələbi ilə "Şuşa" adının geri çəkilməsi bağışlanmaz bir səhvdir:

"Əgər belə bir tələb ikinci turda yarışmaq üçün şərt idisə, komanda bəyanat verərək yarışmadan imtina etməli və geri qayıtmalı idi. Azərbaycanda onları böyük hörmətlə qarşılayardılar".


“Şuşa” niyə “Buta” oldu? - Utancverici hadisəylə bağlı komanda rəhbərindən açıqlama - VİDEO


Tarix: 23-01-2022, 21:32
Xəbəri paylaş





Xəbər lenti