Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyasından ÇAĞIRIŞ



Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası xaricə səfər etməyi planlayan vətəndaşları diqqətli olmağa çağırır.
 
Pravda.az-ın xəbərinə görə, məlumatda deyilir:
 
“Son dövrlər, assosiasiyaya daxil olan şikayətlər və araşdırmalar nəticəsində məlum olub ki, bəzi turizm şirkətləri "erkən rezervasiya" adı ilə təklif etdikləri turpaketlərin qiymətlərində suni manipulasiya hallarına yol veriblər.
 
Beləki, onların təklif etdikləri qiymətlər turoperator tərəfindən təyin olunan qiymətdən daha aşağı qiymətə təklif olunur və müştəridən ödəniş alınır. Xaricə səfər etməyi planlayan vətəndaşlara sonda zərər çəkməmələri üçün bu cür hallarda diqqətli olmağı, yalnız akkreditasiya olunmuş şirkətlərə üz tutmaları, müqavilə və ödəniş qəbzlərini tələb etmələri, sosial şəbəkələrdə manipulasiya olunmuş reklamlara aldanmamaqlarını tövsiyyə edirik. Əgər bu cür hallarla qarşılaşmısınızsa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Dövlət Turizm Agentliyinə və Turizm Assosiasiyalarına müraciət edin”.
Tarix: 29-01-2022, 10:17
Xəbəri paylaş





Xəbər lenti