Kanadada kütləvi etirazlar: baş nazir iqamətgahını tərk etdi



Kanadanın baş naziri Castin Trüdo ailəsi ilə birlikdə Ottavada koronavirus məhdudiyyətlərinə qarşı davam edən etirazlar fonunda iqamətgahını tərk edib. Bu barədə CBC telekanalı xəbər verir.
Trudonun dəqiq hara getdiyi barədə məlumat verilmir. Onun iqamətgahı Rido Hall-da, şəhər mərkəzinə yaxın ərazidə yerləşir.
Yanvarın 29-da Kanadada COVID-19 ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə görə etiraz aksiyaları başlayıb. CBC-nin məlumatına görə, təxminən 1000 yük maşını sürücüsü və digər etirazçılar Parlament təpəsində toplaşıb. RBK xəbər verir ki, etiraz aksiyaları dinc şəraitdə keçir. Ottava Polis Xidmətinin sözçüsü bildirib ki, etirazçılardan heç birinə qarşı ittihamlar irəli sürülməyib.
Kampaniya davam edəcək. Səlahiyyətlilər orada 10 minə qədər insanın iştirak edəcəyini təxmin edir.
virtualaz.org
Tarix: 30-01-2022, 14:34
Xəbəri paylaş





Xəbər lenti