Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının illik ümumi yığıncağı baş tutdu



Bu gün Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının illik ümumi yığıncağı keçirildi və görüşdə Federasiyaya üzv olan yaradıcı sahələri təmsil edən assosiasiya və birliklər, kreativ şirkətlərin nümayəndələri və yaradıcı sahələrdə çalışan fərdi sahibkarlar iştirak etdi.  
İlk olaraq, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə Federasiya üzvlərinisalamladı və ölkəmizdə son illərdə yaradıcı 
sənayelərin inkişafı istiqamətində görülən işlərdən, bu sahədə dövlət-özəl tərəfdaşlığı ilə baş 
tutmuş tədbirlər və layihələrdən bəhs etdi, eləcə də yaradıcı sənayelərin inkişafı ilə əlaqədar 
qarşıda dayanan hədəflər və öhdəliklər barədə iştirakçılara məlumat verdi. Xüsusi olaraq, 
yaradıcı sənaye sahələri üzrə aktiv təşkilatlanma proseslərindən bəhs edərək, son illərdə neçə-
neçə yeni yaradıcı birliklər və müasir assosiasiyaların yaradıldığını, dövlət qeydiyyatına alındığını 
qeyd etdi, həmçinin buna paralel olaraq sahəvi məsələlərin həllində tərəfdaşlıq 
mexanizmlərinin daha da asanlaşdırılmasından və bu yolla birgə bir neçə ortaq təşəbbüslərin, 
layihələrin və tədbirlərin uğurla baş tutduğunu iştirakçıların diqqətinə çatdırdı. 
Ardından, Federasiyanın İdarə heyətinin sədr müavini Telman Məlikzadə Federasiya üçün 
Britaniyalı ekspertlərlə birgə hazırlanmış təşkilati strategiya haqqında məlumat verdi və strateji 
istiqamətlər (təşkilatdaxili, xarici və sektoral) üzrə nəzərdə tutulan fəaliyyətlər haqqında vacib 
məqamları qeyd etdi. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi 
inkişaf Strategiyası” sənədinin yaradıcı sənayelərin inkişafı üzrə müvafiq fəaliyyətlərin icrasında 
məsul qurumlarla birgə yaradıcı sənaye təmsilçilərinin də aktiv birgə iştirakda rol almasının 
vacibliyini qeyd etdi.
Sonra, Federasiya üzvləri ilə təşkilati məsələlər, yaradıcı sənayelərdə fəaliyyət göstərən 
təşkilatların fəaliyyətləri, yeni yaranmış təşkilatların üzləşdiyi çətinliklər, eləcə də beynəlxalq 
əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirə aparıldı və ayrı-ayrı sahələrə dair aktual 
məsələlər ətrafında tövsiyə və təkliflər səsləndirildi. 
Sonda, müzakirə predmeti olaraq görüşdə səsləndirilən aktual təklif və tövsiyələr əsasında 
Federasiya üzvləri tərəfindən müvafiq qurumlara müraciətlərin hazırlanıb göndərilməsi 
razılaşdırıldı. 
Yığıncaqda Moda Dizaynerləri birliyi, Marketinq Peşəkarları birliyi, “Sintetik” ictimai birliyi, 
Gilavar Foto Klubu, Azərbaycan Animasiya Assosiasiyası, Arts Council Azerbaijan, Endorphin 
reklam agentliyi, ”Next Group”, “Veb Koder”, “INNOVAMEDIA”, “Fərəh-Rövşən”, “Qlobal 
Kommunikasiyalar və İnnovasiyalar”, Education HUB, “Narimanfilm”,“FİL AGENCY”, “Facemark” 
şirkətlərinin və ƏSA teatrının nümayəndələri, eləcə də Federasiyaya fərdi qaydada üzv olmuş 
yaradıcı peşəkarlar və sənətkarlar iştirak etmişdir. 
Siam.az
 
Tarix: 12-10-2022, 16:18
Xəbəri paylaş





Xəbər lenti