Putinin ‘ağrıyan yerdən vura biləcək’ qüvvələri. Boru kəmərləri, kabellər, peyklər

ABŞ Prezidenti Co Bayden ötən həftə deyib ki, rusiyalı həmkarı Vladimir Putin Ukraynadakı müharibədə çətinə düşdükcə Qərbi kütləvi qırğın silahları ilə hədələyərkən “zarafat etmir”. Axı hərbi uğursuzluqlar onun 23 illik hakimiyyətinə təhlükə yaradır.
Baydendən bir neçə gün öncə Konqresin kəşfiyyat komitəsinin respublikaçı üzvü senator Marko Rubionun Rusiyanın hər hansı bir NATO üzvünə raket hücumu gerçəkləşdirə biləcəyini deməsi də xəbər başlıqlarına çıxmışdı.
Ancaq təhlillər göstərir ki, Putinin Qərbi hədələyərək Ukraynaya dəstəkdən yayındırmaq üçün başqa üsullara əl atması ehtimalı daha çoxdur. Rusiya dənizdəki enerji boru kəmərləri və ya data kabellərini, yaxud hətta Yerin orbitində olan peyklərini hədəfə ala bilər.
Tarix: 12-10-2022, 21:51
Xəbəri paylaş





Xəbər lenti