Ukraynada durum dəyişir - “Ruslar Xersonla vidalaşırlar”


“Rusiya hərbçiləri işğal olunmuş Xersondan qaçırlar. Bir neçə həftədən sonra Ukrayna ordusunun davam etdirdiyi əməliyyat hadisələrin gedişinə ciddi təsir göstərə bilər. Amma ruslar indidən Xersonla vidalaşırlar”.
Siam.az xəbər verir ki, bunu ukraynalı politoloq Oleq Soskin deyib.
Onun sözlərinə görə, Rusiya hərbi qüvvələrinin özləri də Xersonu uzun müddət saxlaya bilməyəcəklərini anlayırlar.
“Səfərbərliklə orduya cəlb edilmiş çağırışçıları Xersonda yerləşdirmək mümkün deyil. Eləcə də ora mərmi, yeni ağır silahlar çatdırmaq da mümkünsüzdür. Oktyabrda su o qədər soyuyacaq ki, sahili keçmək mümkün olmayacaq. Əgər əks-hücum əməliyyatı indi başlasa, maksimum iki həftədən sonra qoşunlarımız Xerson yaxınlığında dayanacaq”, - Soskin vurğulayıb.
Politoloq əlavə edib ki, Xerson istiqamətində Rusiya hərbçilərinin təchizat və qış geyimləri ilə bağlı problemləri olacaq:
“Üstəlik, onların dərman çatışmazlığı var.
Onlar Berislav və Xersonu tərk edirlər, hər gün bir az da geri sıxışdırılırlar.
Bundan əlavə, yanacaq və yağları da tükənmək üzrədir. Həm də ruslar yaralılarla bundan sonra nə edəcəklərini bilmirlər. Xerson vilayətində ruslar üçün “yaşıl dəhliz” olmayacaq. Onlara bir şey qalır - təslim olmaq”.Teleqraf.com
Tarix: 16-10-2022, 15:28
Xəbəri paylaş





Xəbər lenti