Washington Post: “Iran Rusiyanı təkcə PUA-larla deyil, həm də raketlərlə təchiz etməyi planlaşdırır”

Hərbçi Rusiyanın yanacaq anbarlarına zərbə endirdiyi yerdə İran istehsalı olduğu iddia edilən Şahed-136 adlı intiharçı pilotsuz uçan aparatının qalıqlarını yoxlayır, Xarkov, 6 oktyabr 2022
İran gizli şəkildə Rusiyaya təkcə pilotsuz aparatlar deyil, həm də “yer-yer” tipli ballistik raketlər verməyə razılaşıb. Bu barədə “The Washington Post” ABŞ kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Söhbət uçuş məsafəsi müvafiq olaraq 300 və 700 kilometr olan “Fateh-110” və “Zülfikar” raketlərindən gedir. Həmçinin nəşrin məlumatına görə, İran Rusiyaya onlarla “Mohajer-6” və “Şəhid-136” kamikadze pilotsuz aparatlar tədarük etməyi planlaşdırır.
Bir müddət əvvəl isə İranın xarici işlər naziri Ukraya müharibəsində istifadə olunması üçün ölkəsinin Rusiyaya silahlar vermədiyini və bundan sonra da verməyəcəyini deyib.
***

CNN: İran Rusiyaya kamikadze dronları vermədiyini bildirir

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian bazar günü Portuqaliyanın müdafiə naziri ilə telefon danışığında bildirib ki, İran heç bir ölkəyə Ukrayna müharibəsində istifadə oluna biləcək silahları vermir və verməyəcək.
Bu barədə CNN məlumat yayıb. Bir müddət əvvəl Amerika və Kiyev kəşfiyyatı Rusiya tərəfinin Ukrayna ərazilərinə hücum etmək üçün İranın kamikadze dronlarından istifadə etdiyini iddia etmişdi.
Azadlıq radiosu
Tarix: 16-10-2022, 22:01
Xəbəri paylaş





Xəbər lenti