“And yerimiz şəhidlər” kitabının Tərtərdə təqdimatı keçirilib

“And yerimiz şəhidlər” kitabının Tərtərdə təqdimatı keçirilib

 Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi
tərəfindən “And yerimiz şəhidlər” adlı layihə çərçivəsində nəşir edilən eyni adlı kitabın
təqdimatı keçirilib.
Siam.az xəbər verir ki, təqdimatda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, şəhid
ailələri, qazilər, Yap Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Beynəlxalq Əlillər
Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycan Yazıçılar Birliyi sədrinin
müavini Rauf Aslanov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Güney Azərbaycan
şöbəsinin rəhbəri, “Körpü” verilişinin ideya müəllifi və aparıcısı Sayman Aruz,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Damət Salmanoğlu, Azərbaycan Milli
Elmlər Akademiyasının əməkdaşı Füzuli Kərimov, içtimai birliyin Qarabağ
nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov, mədəniyyət işçiləri, ictimaiyyət və KİV-
in nümayəndələri iştirak ediblər.
Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir
dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq 30 il işğal
altında qalan torpaqlarımızın cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə azad edilməsindən, Zəfər gününün
tarixə qızıl həriflərlə yazılmasınmdan, Vətən müharibəsində Tərtər rayonunun
infrastrukturuna dəymiş ziyandan, tərtərli hərbi və mülki şəhidlərdən, qazilərdən danışıb,
dövlət tərəfindən, “Yaşat” fondu tərəfindən onlara göstərilən diqqət və qayğını dilə
gətirib, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri qayğını vurğulayıb.
Sonra rayon rəhbəri“ And yerimiz şəhidlər” kitabında Tərtər rayonundan olan şəhidlərə
ayrıca bölmə ayırdıqları üçün kitabın yaradıcı heyətinə öz minnətdarlığını bildirib.
Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Tahir Xudiyev “And yerimiz şəhidlər”
kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda Tərtər, Bərdə və Bakının Nizami
rayonundan olan şəhidlər haqqında məlumatlar verilib.
Sonra şair, puplisist Damət Salmanoğlu Azərbaycanın müstəqilliyinə həsr etdiyi şeiri
oxuyub.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Sayman Aruz Vətən müharibəsi
şəhidlərinin döyüşlərdə göstərdiyi şücaətdən danışıb, şəhidlərin gənclərimizə
tanıdılması üçün mütəmadi tədbirlərin keçirilməsinin hər kəsin vətəndaşlıq borcu
olduğunu qeyd edib.
Tədbirdə iştirak edən şəhid valideynləri Gülnarə Salahova, Afidə Məmmədova, Qətibə
Hacıyeva, Bəhruz Qənbərli, Zahid Məmmədov və qazilər Amid Paşayev, Təhmuraz
Muradov, Orxan Həsənzadə, Sadiq Abbaslı onlara göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçılarına “And yerimiz şəhidlər” kitabı paylanıb.

“And yerimiz şəhidlər” kitabının Tərtərdə təqdimatı keçirilib
“And yerimiz şəhidlər” kitabının Tərtərdə təqdimatı keçirilib
“And yerimiz şəhidlər” kitabının Tərtərdə təqdimatı keçirilib
“And yerimiz şəhidlər” kitabının Tərtərdə təqdimatı keçirilib


Tarix: 18-10-2022, 21:13
Xəbəri paylaş





Xəbər lenti