Nazirliyin tədbirində sözlərin səhv yazılması gündəm oldu - Foto


Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi təşkil edilib.
Yeniavaz.com
xəbər verir ki, tədbir zamanı sərgilənən slaydda bəzi orfoqrafik xətalara yol verilib.
Belə ki, birinci cümlədə “səviyyələrini” sözü “səviyyələtinə”, həmin cümlədə “tövsiyə” sözü “tövsiyyə”, ikinci bənddə “şagirdlərlə” sözü “şagirdlər”, beşinci bənddə “valideyn” sözü “valideyin”, altıncı bənddə “saxlanılması” sözü “saxlanması”, yeddinci bənddə “psixoloqa” sözü “pisxoloqa” şəkildə yazılıb.
Qeyd edək ki, slayd Nazirliyin saytından yığışdırılsa da, sosial şəbəkələrdə xeyli paylaşılıb və müzakirələrə səbəb olub.
Xatırladaq ki, bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin “şaftalı”, “asfalt” sözlərini düzgün yaza bilmədiyini deməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Tarix: 19-10-2022, 15:07
Xəbəri paylaş





Xəbər lenti