Naxçıvanda hərbi mövqelərin gücləndirilməsinin səbəbləri... - Ekspertdən AÇIQLAMA



"Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqelərinin əksəriyyəti yüksək dağlıq şəraitdə və hakim yüksəkliklərdən keçir. Bunun üçün Naxçıvanda yerləşən ordunun mövqeləri daim etibarlı müdafiəni təmin etməlidir".


Bu fikirləri Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Naxçıvanda müdafiə istehkamlarının möhkəmləndirilməsinə münasibət bildirərkən qeyd edib.
Ekspert vurğulayıb ki, bütün Əlahiddə Ümumqoşun Ordunun mövqeləri yerləşən hissələrdə nümunəvi və etibarlı müdafiə xətti mövcuddur:

"Zaman-zaman bu mövqelərdə xidmət şəraitinin yaxşılaşdırılması, daha üstün müdafiənin təmin edilməsi məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Ona görə də Naxçıvan istiqamətində mövqelərin möhkəmləndirilməsi, qurğuların döyüşə hazırlıq vəziyyətinin artırılması, şəxsi heyətin istirahəti və məişət şəraitinin yaxşılaşdırılması üçün davamlı fəaliyyətlər həyata keçirilir. Naxçıvan istiqamətində Ermənistanın təxribatlara yol verməsi çox intensiv xarakter daşımasa da, zaman-zaman düşmən təxribatlarını bu istiqamətdə də müşahidə edirik. Ötən ay ərzində Naxçıvanda"UL-350" tipli düşmən PUA-sı Naxçıvan Ordusunun bölmələri tərəfindən yerə endirilib. Əvvəllər isə biz daha çox Arazdəyən istiqamətindən düşmən təxribatları ilə qarşılaşırdıq. Bu təxribatlar gələcəkdə də istisna olunmur. Ona görə də Azərbaycan Ordusunun digər bölmələri kimi Naxçıvan ordusunun da baş verə biləcək düşmən təxribatlarının qarşısının təsirli şəkildə alınması üçün mühəndis qurğularını inşa etməsi heç də təəccüblü deyil. Bu, davamlı prosesdir və gələcəkdə daha üstün şərait, mövqelər, müşahidə məntəqələri, atəş sistemi yaradılması da gözləniləndir".


Qeyd edək ki, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrində olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb.



Tarix: 24-10-2022, 09:42
Xəbəri paylaş





Xəbər lenti