İranın QARNI NİYƏ AĞRIYIR?.. - AKTUAL


İranın QARNI NİYƏ AĞRIYIR?..
"Təəssüflər olsun ki, İran regionda baş verən son dəyişikliyi qəbul etmək istəmir. Azərbaycan 30 illik işğala son qoyaraq torpaqlarını işğaldan azad etdikdən sonra İranla olan 132 km-lik sərhədimiz də bərpa edilmiş oldu. Rəsmi Tehran bütün bunlara sevinməsə də, Azərbaycan Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr Bəyannaməsinin 9-cu bəndində əksini tapmış, Naxçıvanla Azərbaycanın qərb rayonlarının birləşdirəcək komunikasiya xətlərinin bərpası müddəasına görə narahat olmağa başladı"
Bu barədə Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə danışıb. O, qeyd edib ki, İran Azərbaycan torpaqlarının işğalda qalması və Azərbaycan-Ermənistanla sərhəddin bağlı olmasına görə regiona müəyyən təsir imkanlarına malik idi. Regionda sülhün bərqərar olması, nəqliyyat-komunikasiya xətlərinin açılması ilə İranın siyasi təsir mexanizmləri aradan qalxmış olur. Lakin Zəngəzur dəhlizinin açılması ilə İran da geniş şəbəkəyə qoşulmaq, iqtisadi əlaqələrinin inkişafı, region və dünya okeanlarına çıxış üçün əlavə və qısa yolların qurulması imkanı əldə edir.

Politoloq hesab edir ki, ancaq İranın narahtlığı iqtisadi yox, siyasidir. Əsasən də regionda Türkçülüyün, Türkiyəçiliyin və ya Turan ideyalarının inkişaf etməsidir. O prizmadan da İran, Zəngəzur dəhlizini Türk dövlətlərini birləşdirən Turan yolu kimi qiymətləndirir. Türkiyənin Cənubu Qafqaza qayıtmasını, Türk dövlətlərinin birləşməsi məqsədini ölkəsindəki siyasi-etnik vəziyyətinə görə özü üçün təhlükə hesab edir.

Yalçın Hacızadə qeyd edir ki, İranın, Ermənistanın sərhədlərinin dəyişməsini qəbul etməyəcəkləri açıqlamaları və ümumiyyətlə özlərini Ermənistan “sevdalısı” kimi göstərməyə çalışmaları yersiz və saxta niyyətlidir.

“İranın Qərbi Zəngəzurda konsulluq açması, Azərbaycan sərhəddində İsraili “axtarması”, köhnə, yarasız texnika ilə hərbi təlimlər keçirərək Azərbaycana hədə-qorxu gəlməyə çalışması məkrli siyasətinin göstəricisidir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda istənilən təhlükənin qarşısını alacaq, layiqli cavab verə biləcək gücdədir. Həmçinin, İsraillə əməkdaşlığa görə Azərbaycana qarşı davranışları, İsrail üçün İrana qarşı siyasətini sərtləşdirməyə və genişləndirməyə imkan verəcək” - deyə Yalçın Hacızadə əlavə edib.

Politoloqun fikrincə, ümumiyyətlə, İran heç vaxt haqqın yanında dayanmayıb, hər zaman terror dövlətlərinin və qruplarının yanında olub. Yaxın Şərqdə separatçı terror təşkilatlarını, Suriyada öz xalqını qətl edən, qaniçən Bəşər Əsədi, işğalçı Rusiyanı və terror dövləti Ermənistanı dəstəkləyir. Ölkəsində xalq rejimə qarşı üsyan edir, xaricdə yaşan iranlılar rejimə qarşı üsyanları dəstəkləyən mitinqlər keçirir, şüarlar səsləndirirlər. İranın vəziyyəti, dövlət siyasəti bundan ibarətdir. Ermənistanla İranı birləşdirən “dəyər” yalnız Türk xalqlarına qarşı olan düşmənçilikdir. Hər iki ölkə regionda sülhün yaranmamasında, Türk dövlətlərinin inkişaf etməməsində maraqlıdır.

“Daxili üsyanların içində yanan, insanları cəhalətə, qaranlığa sürükləyən, 35 milyona yaxın Azərbaycan türkünün fundamental hüquqlarını pozan, apardığı səhv siyasət nəticəsində dünya birliyi tərəfindən sanksiyalara məruz qalan molla rejimi aşınıb”,- deyən sədr müavini hesab edir ki, İranın bu qeyri-əxlaqi siyasəti daxildə və xaricdə ona qarşı etirazları daha da gücləndirəcək.
//Bizimyol.info//

Tarix: 26-10-2022, 22:07
Xəbəri paylaş





Xəbər lenti