Nazir Vilayət Eyvazov Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirib

Nazir Vilayət Eyvazov Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına
əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda
vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik
Vilayət Eyvazov oktyabrın 26-da və 27-də Bərdə Rayon Polis Şöbəsində daxili işlər
orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul
keçirib. Bu barədə DİN-dən məlumat verilib.
Daxili işlər naziri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Daha sonra Rayon Polis Şöbəsinin inzibati binasında Bərdə, Ağcabədi, Tərtər,
Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər
və rayonlarının 152 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə
bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün Nazirliyin aidiyyəti
baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini  tapıb.
Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə davamlı
olaraq belə qəbulların təşkilinə, dövlət qurumlarının rəhbərləri tərəfindən
müraciətlərinə operativ və obyektiv yanaşılmasına görə ölkə Prezidentinə
minnətdarlıq ediblər.
Daha sonra general-polkovnik V.Eyvazov  bölgə üzrə polis orqanlarında sıravi
və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək
arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 325
nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 78-i  Vətən
müharibəsi iştirakçısı olub.

Siam.az

Nazir Vilayət Eyvazov Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirib
Nazir Vilayət Eyvazov Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirib


Tarix: 27-10-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti