"Rossiya 24" Azərbaycan torpağındakı separatçı-terrorçu rejimi "tanıdı"...-FOTOLAR


"Bunlar artıq bəzi məşhur(!) Azərbaycan şərhçilərinin  əzbərdən dediyi kimi, guya "Moskvadakı hansısa ermənipərəst dairələrin Rusiya-Azərbaycan strateji tərəfdaşlığına kölgə salmaq"-filan deyil, birbaşa Putin başda olmaqla Rusiya rəhbərliyinin dövlətimizə, xalqımıza qarşı düşmən, imperiyapərəst siyasətinin açıq təzahürüdür..."
Rusiyanın dövlət telekanalı olan "Rossiya24" tərəfindən Azərbaycan Respublikasının suverenyliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat törədilib.

Moderator.az xəbər verir ki,  28 oktyabr tarixində Moskva vaxtı ilə saat 17:31-17:33-də bu Kreml telekanalının xəbərlər proqramının efirində növbəti dəfə Azərbaycan Respublikasının hüquqi-inzibati ərazi bölgüsü təhrif edilib. Belə ki, aparıcı Rusiya rəhbərliyinin Qarabağ məsələsinə münasibətini şərh edərkən  kadrlarda 17:31-32-də  Xankəndinin erməni əski parçaları ilə bəzədilmiş küçələri fonunda da üst-üstə təxminən yarım dəqiqə ərzində "Dağlıq Qarabağ Respublikası" yazısı, 17:33-də isə Azərbaycan torpağındakı separatçı-teerorçu rejimin keçmiş üzdəniraq rəhbəri Bako Saakyanın oktybaırn 27-də İrəvanda Rusiya-Ermənistan "Lazarev" klubundakı çıxışından sitat təqdim edilərkən həmin separatçının görüntüsünün altında "Artsax prezidenti(2007-2020)"  yazısı görünüb.
Xatırladaq ki, son günlər ölkəmizə qarşı oxşar təxribatlar Rusiyanın bir sıra dövlət və özəl sayılan kanalları tərəfindən də törədib.
Zəruri şərh:
Bunlar artıq bəzi məşhur(!) Azərbaycan şərhçilərinin  əzbərdən dediyi kimi, guya "Moskvadakı hansısa ermənipərəst dairələrin Rusiya-Azərbaycan strateji tərəfdaşlığına kölgə salmaq"-filan deyil, birbaşa Putin başda olmaqla Rusiya rəhbərliyinin dövlətimizə, xalqımıza qarşı düşmən, imperiyapərəst siyasətinin açıq təzahürüdür...
Sultan Laçın
Tarix: 29-10-2022, 10:07
Xəbəri paylaş





Xəbər lenti