"Tərtər işi” üzrə mühakimə edilən daha 7 nəfərin hökmü ləğv edilib

"Tərtər işi” üzrə mühakimə edilən
"Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən daha 7 şəxsin hökmü ləğv edilib.

Bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Belə ki, “Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən - Natiq Quluzadə, Nicad Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizade və Orxan Babayevin apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub və iş baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edilib ki, Gəncə Hərbi Məhkəməsində 7 nəfərin hazırlıq iclasına baxılacaq.
//"Report"//
Tarix: 2-11-2022, 21:41
Xəbəri paylaş





Xəbər lenti