Sabiq deputatı və Vergi Xidmətini məhkəməyə verdilər - DETALLAR

Sabiq deputatı və Vergi Xidmətini məhkəməyə verdilər
2010-2020-ci illərdə Milli Məclisin deputatı olan Nəriman Əliyevə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb.
Siam.az yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iddiası bu gün - 03.11.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.
Qaldırılan iddia müqavilənin etibarsız hesab edilməsilə bağlıdır.
Onu da bildirək ki, iddia Abdullayev Əfqan Arif oğlu tərəfindən qaldırılıb. Əfqan Abdullayev daha əvvəl sabiq deputat Nəriman Əliyevə məxsus olduğu bildirilən “Ştutqart” MMC-nin direktoru olub.
Tarix: 3-11-2022, 21:30
Xəbəri paylaş





Xəbər lenti