Medianın İnkişafı Agentliyi bəzi KİV-in qeydiyyatından imtina edib


Medianın İnkişafı Agentliyi (Media) 14 oktyabr 2022-ci il tarixindən Azərbaycan KİV-in dövlət qeydiyyatına alınması üçün müraciətləri qəbul edir. Lakin agentlik bəzi KİV-ə bunu etməkdən imtina edir, vəkil Xalid Ağəliyev bildirib.
Agentlik imtinaya səbəb kimi “Media haqqında” qanunun KİV-in fəaliyyət müddətinə dair 74.1.2-ci maddəsini göstərir.
Bu maddə digərləri ilə yanaşı, Avropa Şurasının Venesiya Komissiyası tərəfindən qəbul edilməyib. Venesiya Komissiyası bildirib ki, Avropa Şurasına üzv olan ölkələrdə belə tələblər irəli sürülə bilməz, -Ağəliyev deyib.
74.1.2-ci maddə KİV-in müəyyən fəaliyyət davamlılığının olmasını tələb edir. Lakin bu müddətin müəyyən edilməsi üçün tədbir göstərilməyib. “Belə bir tələb ifadə azadlığını məhdudlaşdırır və senzuradan başqa bir şey deyil”, – Ağəliyev deyib.
“Qeydiyyatından imtina edilən KİV arasında elələri var ki, onlar fəaliyyətə başlayanda KİV-in İnkişafı Agentliyinin rəhbərləri məktəbdə oxuyublar, bu jurnalistlər isə artıq tanınıblar və məhkəmələr onların barəsində qərarlar çıxarıb. Deməli, o zaman dövlət həmin KİV-i və jurnalistləri tanıyıb. Agentlik isə qeydiyyata almaqdan imtina edir”, –  Ağəliyev deyib.
Onun fikrincə, tezliklə qeydiyyatından imtina edilmiş KİV-in iddiaları üzrə məhkəmə proseslərini gözləmək lazımdır.
Agentliyin saytında “statistika” bölməsində reyestrdə qeydiyyatdan keçən və imtina alan KİV-in adları açıqlanmır.
Turan qeydiyyatından imtina edilmiş KİV-in sayının və imtinanın səbəblərinin açıqlanması xahişilə Agentliyə müraciət edib. 
Contact.az
Tarix: 4-11-2022, 21:09
Xəbəri paylaş





Xəbər lenti