Natiq Cəfərli: "30 illik müxalifətin də, bu bacarıqsız iqtidarın da davranış qaydalarını öyrənmişik"



“Köhnə müxalifət Əli İnsanova “pul kisəsi” kimi baxırdı, özlərinin “ağsaqqalı” elan etdilər, masanın başında oturdurdular, bu “birlik” də əvvəlki 30 ildə qurulan “birliklər” kimi ideologiya, plan-proqram ətrafında birlik deyildi, həmişə olduğu kimi şəxslərin cılız məqsədləri üçün birlik qurmaq cəhdi, situativ davranış idi. Dəfələrlə “HƏP”dən təkliflər, israrlı görüş çağırışları gəlsə də, yeganə məhz REAL Partiyası imtina etdi, çünki, 30 illik müxalifətin də, bu bacarıqsız iqtidarın da davranış qaydalarını öyrənmişik”.
 
Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.
 
N.Cəfərli qeyd edib ki, iqtidarla danışmaq daha rahatdır: “Görüşlərdə müzakirə olunan məsələlər açıqdır, publikdir, hökumətin addımlarının məğzini bilib ona görə davranırıq. İnsanov eski müxalifətdən daha ağıllı və təcrübəlidir, pulunun ucunu göstərdi, amma vermədi, əvəzində köhnələrin “ağsaqqalı” kimi hakimiyyətlə danışıb istədiklərini aldı. İllərdir, bəzi kəsimlər bizi, REAL-ı təkəbbürlü olmaqda, heç kimi bəyənməməkdə, heç kimlə ittifaq qurmamaqda, birliklərdə yer almamaqda günahlandırırdılar, bu, təkəbbürdən deyil, təcrübədən doğan məsələdir, sadəcə, sistemin hər iki üzünü təmsil edən eskilərə yaxşı bələdik...”
Tarix: 5-11-2022, 17:04
Xəbəri paylaş





Xəbər lenti