"İran terrora dəstək verir və cəzasını alacaq" - Ukrayna, ABŞ və İsraildən açıqlamalar


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, İran Rusiyaya az sayda dron verdiyini söyləyərkən yalan danışır. “Bu gün İranın rəsmi nümayəndələrindən xəbərlər gəldi. Onlar etiraf etmək qərarına gəliblər ki, Rusiyanın terror fəaliyyəti üçün az sayda dron veriblər. Amma bu etirafda belə yalan danışdılar. Biz hər gün ən azı 10 İran dronunu məhv edirik. İran rejimi isə az sayda dron verdiyini iddia edir”, - Zelenski qeyd edib.
Ukrayna Prezidenti bildirib ki, iranlı təlimatçılar rusiyalı terrorçuları İran dronlardan istifadə etməyi öyrədiblər və bununla bağlı rəsmi Kiyev sübutlara malikdir: "İran rəsmiləri bu barədə ümumiyyətlə susurlar. İranın Rusiyanın terroruna dəstək verdiyini, bunu yalanlarla ört-basdır etmək cəhdi heç bir nəticə verməyəcək. Terrorçular və onların ortaqları cəzasız qalmayacaq".
Xatırladaq ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli də Tehran rejiminin yalan danışdığını, İranın Rusiyaya müharibədən əvvəl deyil, ötən yayda dron verdiyini, üstəlik rusiyalı hərçilərə təlim keçmək üçün iranlı təlimatçılar göndərdiyinin inkar edilməz məsələ olduğunu bildirib.
İsrail Prezidenti İsxaq Hersoq Vaşinqtona son səfəri zamanı İranın Rusiyaya dron verdiyini sübut edən məlumatları ABŞ rəsmilərinə təqdim edərək Tehran rejiminin yalanını ifşa etmişdi.
"AzPolitika.info"
Tarix: 7-11-2022, 21:24
Xəbəri paylaş





Xəbər lenti