Rusiya silah bazasının qapısını ermənilərə açdı - Qarabağda müharibə qaçılmazdır



Böyük dövlətlər Nikol Paşinyanı əl meymunu olduğuna görə hakimiyyətdə qalmağında maraqlıdır. Çünki Ermənistan baş naziri onların istəyinə uyğun atılıb-düşür. Elə bu səbəbdən də rəsmi Bakı xüsusilə son dönəmlər öz mesajlarını Ermənistana və onun başındakı marionetinə deyil, böyük dövlətlərə - Rusiyaya, İrana və Aİ-yə ünvanlayır.
Ermənistanla Azərbaycan arasında sülh istiqamətində ciddi addımların atıldığı bir məqamda prosesə mane olmaq üçün əlindən gələni etməyə çalışan dövlətlərdən biri rəsmi irəvanın köhnə ağası Rusiyadır. Moskva belə görünür ki, nəinki ikili oyunlardan əl çəkmək fikrində deyil, üçtərəfli bəyanatlar cvə Soçi görüşləri ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək əvəzinə Paşinyandan əl meymun kimi istifadə etməkdə maraqlıdır. 
Ruben Vardanyanın Qarabağa göndərilməsi də heç şübhəsiz ki, birbaşa Kremlin göstərişi əsasında baş verib. Belə olmasaydı, uzun illər Rusiya vətəndaşı olaraq bu ölkədə milyarderlik səviyyəsinə qədər qalxan bir erməninin birdən-birə Rusiya vətəndaşlığından imtina edərək Qarabağda separatçı rejimə dəstək verməsi üçün peyda olması və yekunda qondarma quruma "dövlət naziri" təyin olunması mümkünsüz bir məsələ idi. Demək ki, onun rus vətəndaşlığından imtina etməsi, Qarabağda qondarma qurumda separatçı meyillərin daha da gücləndirilməsi, Azərbaycana qaşı ərazi iddialarının alovlandırılması elə məhz Moskvanın başı altından çıxıb.

Belə olmasaydı Rusiya üçün elə Laçın dəhlizində sülhməramlıları vasitəsilə Rubennin qabağını kəsmək əmri vermək iki vur iki idi. Onu da nəzərə alsaq ki, sülhməramlılar Xankəndi və Qarabağın dağlıq hissəsindəki digər ərazilərdə də patrul növbəsi çəkirlər, ən pis halda Vardanyanı dəhlizdə gözdən qaçırmış olsalar da, elə şəhərin içində qandallayıb, Qarabağdan çıxarardılar. Amma demək vəziyyət Rusiyanın ziyanına deyil. 
Vardanyanın son "Ambisiyaları atıb bir ideya ətrafında birləşməklə biz Qarabağı xilas edəcəyik. Biz hamımız bir dağ və qaya olsaq, ambisiyalarımızı atıb, bir ideya ətrafında birləşsək, Qarabağımızı xilas edəcəyik, məğlub olmayacağıq" açıqlaması da bir erməninin hədəfindən çox Rusiyanın maraqlarına xidmət edən sərsəm bəyanatdan başqa bir şey deyil. Ermənistan artıq Azərbaycanla Qarabağ mövzusunu kökündən qapamağa hazır olduğu bir məqamda Rusiyanın öz marionetkasını ermənilərə "rəhbər" şəxs qismində göndərməsi və onun sülhməramlıların nəzarəti altında özünü tam təhlükəsiz hiss edərək Azərbaycan əsgərlərinin ayaq səslərinin eşidildiyi bir nöqtədən Bakıya dil uzatması ancaq və ancaq Kremldən ona verilən özgüvən əsasında mümkün ola bilərdi.
İstinsa edilmir ki, son Soçi görüşü zamanı Prezident İlham Əliyev Vardanyanın Azərbaycan ərazisinə köçməsi ilə bağlı Soçidə rusiyalı həmkarı Vladimir Putindən hədsiz narazılığını bildirib və ondan bununla bağlı izahat tələb edib. 

Görünür Rusiya Azərbaycan Prezidentinin sözünə sadiq olduğunu, hər kəlməsinin arxasında dayandığını son zamanlar daha çox hiss etməyə başlayıblar. Xüsusilədə Əliyevin Əliyevin "Qarabağ ermənilərinin statusu olmayacaq, onların təhlükəsizliyi və hüquqları digər vətəndaşlarımız kimi tam təmin olunacaq" mesajı belə görünür ki, Moskvanın tikan üzərində oturmasına səbəb olub.
Rusiya çox güman ki, sülhməramlılarının apardığı müşahidələr əsasında xəbər tutub ki, Qarabağın erməni əhalisi yeni geosiyasi reallığı qəbul etməyə hazırdırlar. Şübhəsiz ki, Rusiyanın narahatlığı Qarabağ ermənilərinin reallıqları qəbul etməyə hazır olmasından irəli gəlir. Moskva ermənilərin Bakı ilə dialoqundan, onların vətəndaşlığı qəbul etməyə hazır olmasından qorxur. 
Elə bu səbəbdən də Rusiya bu proseslərə mane olmaq üçün yeni oyunlar, planlar qurmaq barədə düşünür. Rusiyanın Vardanyanı Qarabağa göndərməsi və sülhməramlıların komandanı general Volkov, Araik Arutyunyan və Ruben Vardanyanın əli ilə orada mitinqlərin təşkili bu deyilənlərin ən bariz nümunəsidir. 
Rusiyanın əsas narahatlığı ...
Aydındır ki, ermənilərin Azərbaycanın tərkibində tamhüquqlu vətəndaş kimi yaşamağa razılıq konturları Qarabağda Rusiya sülhməramlılarına ehtiyacın itirilməsi demək olacaq. Bu isə Rusiyanın planlarına daxil deyil. Ona görə də Moskva Vardanyanı az qala "xilaskar" kimi Qarabağa göndərməklə bölgədəki gərginliyi yenidən pik həddinə çatdırmaq niyyəti güdür.
Xankəndindəki təxribat mitinqindən sonra Rusiyanın separatçılara silah daşıması faktının ortaya çıxması da bunun növbəti təzahürüdür. Rəsmi Bakının mövqeyi, AzTv-də yayımlanan tənqid və nəhayət, müdafiə naziri Zakir Həsənovun "sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılması" tapşırığı Qarabağda proseslərin düşünüldüyündən gərgin duruma gəlib çatdığına bir işarədir. 

Proseslər bu cür davam edərsə, Rusiya moderator kimi üzərinə götürdüyü öhdəlikdən manipulyasiya məqsədilə istifadə etməkdən əl çəkməzsə, bu, rəsmi Bakını çox güman ki, mövqeyini praktiki şəkildə nümayiş etdirmək məcburiyyətində qoyacaq. Buna isə təkcə hərbi yox, müxtəlif istiqamətlərdə atıla biləcək addımlar da daxil ola bilər. Çünki mövcud vəziyyət artıq konkret tədbirlər görməyi zərurətə çevirir. 
Bakı çox yaxşı bilir ki, Rusiya Qarabağa qanunsuz silah daşınmasına imkan verməklə növbəti planı Azərbaycana qarşı silahlı təxribat hazırlamaqdır. Özü də əgər bu silahı Rusiya özü ötürürsə...
Xüsusilə son zamanlar artıq bir çox məsələlər Bakı üçün çılpaqlığı ilə üzə çıxmağa başlayır. Azərbaycanın Rusiyanın Gümrüdəki hərbi bazasından Qarabağa "humanitar yardım" adı altında silah-sursat daşınması faktını aşkarlaması Moskvaya bu məsələ olan inam-etimadın sarsılmasında çox böyük amildir.
Mümkün sülh sazişi ilə Qarabağın Azərbaycanın daxili məsələsi olduğu reallığı rəsmi sənədlə təspit olunacaq ki, bundan sonra Bakının separatçıların olduğu bölgəyə nəzarət istiqamətində aktiv hərəkətə keçəcəyini anlayan Rusiyanın indidən proseslərə mane olmaq üçün bu istiqamətdə aktivliyini artırdığını təsbit edən növbəti fakt:
Belə ki, Azərbaycan Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına 12 ton "humanitar yardım" aparan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus - RA-61731; ICAO 14F123 - reyester nömrəli An-148 yük təyyarəsinin uçuşuna icazə verməyib. 

Rusiya 12 ton şübhəli yüklü təyyarə İran ərazisindən Azərbaycana keçirib. Göründüyü kimi, Laçın dəhlizindən silah-sursat daşınmasının ifşası üzərindən yolun bağlanmasından sonra Rusiya alternativ daşınma üsullarına əl atıb. İranın ərazisindən Azərbaycana qarşı istifadəsinə icazə verməsi heç də təəccüblü deyil. Tehranın açıq şəkildə qatı ermənipərəst mövqeyi və Bakının ünvanına təhdidləri onsuz da hər kəsə bəllidir. Amma Rusiyanın Soçidə bir söz deyib, reallıqda praktiki olaraq əsk fəaliyyətlə məşğul olması Moskvanın da əsl simasını göstərən növbəti dəlildir. 
Bununla da Moskva belə bir situasiyanın ortaya çıxmasına rəvac verməklə rus sülhməramlılarının bölgədə qalma müddətinin uzadılmasını sual altına salır. Paşinyan Soçidə Putinin də istəyinə uyğun olaraq, sülhməramlılar məsələsini müzakirəyə çıxardı, lakin Əliyevin mövqeyinə təsir edə bilmədikləri və diplomatik masada bunun mümkün olmayacağını anladıqları bəllidir.
Sülhməramlıların bölgədə daha uzun müddət qalmasına nail olmaq üçün Rusiyaya "ehtiyac"ı artırmağın gərəkdiyini düşünən Moskva separatçıların silahlandırılması yolu ilə təxribatlara hazırlıq prosesini gücləndirməklə oradakı ermənilərin "müqavimətini" artıraraq kontingentə ehtiyacın olduğu ilə bağlı zərurət formalaşdırmağı hədəfləyir. 
Rusiya beləcə, gizli yolla qanunsuz erməni silahlı birləşmələrinə və Qarabağın dağlıq ərazisindəki erməni əhaliyə çatdırdığı silah-sursatla Qarabağda "etnik münaqişə" kartını işə salaraq Azərbaycanla Ermənistan arasında davamlı sülhə zərbə vuraraq sülhməramlısının bölgədə qalma müddətini uzatmaq sevdasına düşdüyünü göstərir. 

Rusiya hərbçilərinin bölgədə qalma müddətinin vaxtı azaldıqca Kremlin erməni separatçılarıyla ittifaqı gücləndirəcək gedişlər etməsi diqqətdən yayınmır. Nəzər salsaq aydın görünür ki, Rusiya birinci mərhələdə sülhməramlılarını Qarabağda yerləşdirdi, ikinci mərhələdə milyarder Ruben Vardanyanı Xankədinə göndərdi, üçüncü mərhələdə erməni separatçılarının silahlanmasını təmin etdi. Bu ssenarinin davamında Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylanması kimi faktlarla qarşı-qarşıya qalacağımız istisna edilmir.
Amma Bakı proseslərə səssiz qalacaq kimi görünmür. Mövcud vəziyyətdə Bakının həm hərbi, həm də siyasi baxımdan proseslərə müdaxilə etmək imkanları var. Silahın daşınması faktının aşkarlanması da Bakıya Laçın dəhlizinə nəzarət məsələsini aktuallaşdırmaq imkanı verir. Azərbaycan Xankəndi və sülhməramlıların digər müvəqqəti nəzarətindəki ərazilərdə suverenliyini bərqərar etmək üçün istər diplomatik, istərsə də hərbi müdaxilələr etmək kimi hüquqa malikdir. Çünki Qarabağ bütün dünyada Azərbaycanın tamhüquqlu ərazisi kimi tanınır və ona hər hansı bir müdaxilə ərazi bütövlüyünə qarşı təhdid kimi qəbul edilir. 
Milli.Az



Tarix: 7-11-2022, 21:50
Xəbəri paylaş





Xəbər lenti