"Fahişələrə, arabaçılara, artistlərə toxunmayın, onlar bütün rejimlərə qulluq edirlər..."


"Bu artistləri haradasa xaricdə görsəniz, üzlərinə tüpürün!.."
 
"Onlar əsl fahişələrdir, ədalət, vicdan, humanizm, şərəf anlayışlarından məhrumdur..."
 
"Siz Rusiyanın faşist rejiminin cinayətlərinə görə mütləq cavab verəcəksiniz..."
 
Tanınmış ukraynalı jurnalist Dmitri Qordon həmvətənlərinə Baskovun, Kirkorovun, Dolinanın və digər "təbliğat zibilləri"nin "üzünə tüpürməyə" çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Qordon "YouTube" kanalında yayımlanan "Qordonun qonaqları" verilişində danışıb.
 
"Fürsətdən istifadə edərək, bütün ukraynalılara müraciət edirəm, haradasa xaricdə Baskova və ya Kirkorova, Babkinaya və ya Qazmanova, Rastorquyevə və ya Lepsə, digər təbliğat zibillərinə rast gəlsəniz...Bu adamların artistlərlə, mədəniyyətlə heç bir əlaqəsi yoxdur, bunlar xidmət personalı, bufetçilərdir. Bunlar heç adam da deyil. Mən ukraynalılara müraciət edirəm, haradasa xaricdə rus faşizminə dəstək verən bu artistlərə rast gəlsəniz, utanmayın, onların üzünə tüpürün! Dolinanı, Baskovu görsəniz, üzlərinə tüpürün! Deyin ki, "faşistlər, əclaflar, hamınıza ölüm olsun!" Mən onlara bunu arzulayıram. Onlar adam deyil. Onlar zibildir", - Qordon deyib.
 
Qordon bu fikirləri Rusiyanın Shaman müğənnisinin "Ayağa qalxaq" mahnısının klipini şərh edərkən səsləndirib.
 
Çəkilişdə Nikolay Rastorquyev, Nadejda Babkina, Nikolay Baskov, Oleq Qazmanov, Larisa Dolina, Sergey Lazarev, Qriqori Leps, Aleksandr Marşal, Stas Mixaylov və başqa ifaçılar iştirak edib. Klip Rusiyada noyabrın 4-də qeyd edilən Birlik Gününə həsr edilib.
 
"Məndən efirdə söyüş söyməməyi xahiş edirlər, amma mən başqa söz tapa bilmirəm. Bu adamların çoxunu mən yaxşı tanıyıram. Mən Kolya Baskovu, Babkinanı çox yaxşı tanıyıram, Qazmanovu və Lepsi az da olsa, tanıyıram, Rastorquyevi tanıyıram...Siz başa düşürsünüzmü, bu adamlar özlərinə deyiblər: "Biz yaxşı yaşamaq, dadlı yeməklər yemək və böyük pullar almaq istəyirik. Bunun üçün isə öz vicdanımızla sövdələşməyə getmək lazımdır. Çünki əks halda yaxşı yaşamaq, dadlı yeməklər yemək və böyük pullar qazanmaq bizdə alınmır", - Qordon deyib.
 
O, qiymətləndirmə zamanı "fahişələr" sözündən istifadə edib: "Onlar ədalət, vicsan, humanizm, şərəf anlayışlarından uzaqdırlar. Bu anlayışların onlara aidiyyəti yoxdur. Onlar əsl fahişələrdir. Təsadüfi deyil ki, rusiyalı admiral Kolçak deyib: "Fahişələrə, arabaçılara, artistlərə toxunmayın! Onlar bütün rejimlərə qulluq edirlər".  Bunlar artist deyil, faşist rejiminin xidmət personalıdır".
 
Qordonu xüsusilə hiddətləndirən Larisa Dolinanın reaksiyası və davranışları olub: "Larisa Dolina Odessa qızı Larisa Kudelmandır, Odessada böyüyüb, Odessa restoranlarında oxuyub, Odessa havasını udub...Orada onun nə işi var? Putinin yanında nə işi var? Rusiya dinc Ukrayna şəhərlərini atəşə məruz qoyanda, dinc sakinləri qətlə yetirəndə, bizim infrastrukturumuza terror hücumları həyata keçirəndə, onun qəlbi heçmi ağrımır? Onun doğma Odessasına raket və bombalar yağdırılanda ürəyi yerindən qopmurmu? Yox? Onlar tamamilə sakit yaşayır. Onlar heyvandırlar".
 
Qordon hesab edir ki, Nikolay Baskov, bir çoxlarından fərqli olaraq, "pis iş gördüyünün fərqindədir", amma aradan çıxa bilmir və bu işdə iştirak edir", - Qordon "klipdə Baskovun ağır simasını" təhlil edərək bu nəticəyə gəlib.
 
Qordon Putin rejimini dəstəkləyənləri faşist adlandırıb: "Əgər siz yumşaq və isti yataqlarınızdan soyuq tərlə oyanıb, milyonlarla ukraynalıların atəşlər altında- sizin faşist qoşunlarınızın göndərdiyi bombalar, raketlər altında nə hiss etdiklərini düşünmürsünüzsə, o zaman siz adam deyil, siz heyvansınız. Mən sizə əsas məsələni deyim: siz Rusiyanın faşist rejiminin cinayətlərinə görə mütləq cavab verəcəksiniz. Tez və ya gec. Harada olmağınızdan asılı olmayaraq".
 
Dmitri Qordonun fikrinə görə, əsl artistlər ya Rusiyadan gedib, ya da gedə bilməyənlər "heç olmasa susurlar".
 
"Onlar Putinə qarşı çıxa bilmir, çünki qorxurlar. Lakin susurlar, Ukraynanın əleyhinə çıxış etmirlər. Hərçənd, elə cəsarətliləri də var ki, Rusiyada olaraq təcavüzə qarşı çıxır", - Qordon deyib.

Tarix: 8-11-2022, 17:10
Xəbəri paylaş





Xəbər lenti