"Cahan Holdinq"in bəd əməlləri bir-bir ortaya çıxır VİDEO



"Cahan Holdinq"in  bəd əməlləri bir-bir ortaya çıxır VİDEO
İş adamı Müşfiq Məmmədov "xan" müəssisəsinin ona necə atmasından danışır.
Müşfiq bəyi başına gələnləri nəql etməsi üçün efirlərimizdən birinə dəvət edirəm. Artıq, danışmaq vaxtıdır, Müşfiq bəy. İlk addımı atdığınız üçün var olun.
İş adamının bir neçə gün əvvəl paylaşdığı statusu olduğu kimi nəzərinizə çatdırıram.
Teref.az yazır ki, bunu Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyir. Heydər Oğuz fikrini davam etdirərək daha sonra deyir:
Demək,dostlar 2015-2016 -cı ildə “Cahan Holdinq”şirkəti tərəfindən sifariş aldım.Ağ şəhərdə bir neçə binanın bünövrəsini qazma və daşıma.Müqaviləyə əsasən ,qiymət razılaşmışdıq ki,quru torpaq 3 m-135000m3 torpaq işi görmüşəm.Ancaq onun 85000m3 quru torpaq yox,neft məhsullarının tullantıları,belə desək,palçıq daşımalı olduq.Ancaq mən,məcburən işi saxladım və “Cahan Holdinq”tikinti mütəxəssisləriylə müzakirə apardım və iradlarımı bildirdim.Məni əmin etdilər ki,siz işləri davam edin,şirkət mütləq əlavə işləri nəzərə alacaq.O zaman mən,bu işi 3manatdan deyil,5 manata edəcəyimi bildirdim.Dolayısıyla,mənimlə razılaşdılar və mən işimi tamamladım.Demək olar ki ,Ag şəhərdəki bünövrə qazma işləri arasında ən səliqəli işlərdən biri kimi qeyd olundu.Təəssüflər olsun ki,mənə çatası pulu vermədilər.Yəni,85000m3 torpağın 2 manatdan pulumu vermədilər.Ancaq ,ola bilsin ki,Holdinq rəhbərinin xəbəri olmayıb.Bu da mənə inandırıcı gəlmir.Hər zaman demişəm,yenə də deyirəm.Ola bilsin bu dünyada sizə gücümüz çatmaz.Amma, inanın o dünyada da yaxanızdan əl çəkən deyiləm.Bütün işləri video çəkilişlər və fotoları sizə təqdim edirəm.Sonda onu da bildirmək istəyirəm ki, böyük holdinqi olmaq gözəl bir arzu,gözəl bir işdir.Ancaq hər halda ədalətli olmalısan...
Heydər Oğuz
Siam.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!



Tarix: 11-11-2022, 21:49
Xəbəri paylaş





Xəbər lenti