“Putin miqyaslı “təmizləmə” hazırlayır, Şoyqunu mühakimə edəcəklər” - Hərbi ekspert


Rusiya Prezidenti Vladimir Putin 2023-cü ildə Rusiya Fderasiyası (RF) Müdafiə Nazirliyində miqyaslı «təmizləmə» üçün bünövrə hazırlayır. Bu təmizləmənin apogeyi sadəcə, nazir Sergey Şoyqunun vəzifədən azad edilməsi olmayacaq, həm də onun Ukraynaya soxulmaq işini pozmasında ittiham edilməsi və məhkəmə prosesi olacaq.
«İnformasiya müqaviməti» qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenkonun qeyd etdiyi kimi, 2022-ci ildəki generalların təmizlənməsi məşq kimi görünəcək («UNİAN»).
«Bu hazırlığın əlaməti silah istehsalı üzrə dövlət proqramının dayandırılması oldu, bu proqramın icrası üçün son 10 il üçün 20 trilyon rubl ayrılmışdı. Elə həmin miqyaslı proqramın nəticəsi Rusiya ordusunun Ukraynadakı tam fiaskosu oldu. Maraqlıdır ki, bu proqrama əsasən 2020-ci ilə qədər Rusiya ordu hissələrində müasir silahların payı 70 faizə qədər artmalı idi. Və Sergey Şoyqu 20 yanvar 2022-ci ildə öz hesabatında xəbər verib ki, Rusiya ordu hissələrində müasir silahların payı 71,2 faiz təşkil edir» - ekspert yazır.

Kovalenko xatırladıb ki, Ukraynaya soxulmağı Rusiya ordusu köhnə silahlarla, kağız kartlarla həyata keçirib, baharın sonuna 1975-ci il istehsallı T-62 tankları görünməyə başlayıb, hazırda isə rusiyalılar artıq İkinci Dünya Müharibəsi dövrünün silahlarına, xüsusilə də D-1 haubitsasına keçiblər.
«Dövlət proqramının indiki dayandırılması - bu, sadəcə, Şoyqunun ayağının altını qazmağın yalnız bir mərhələsi yox, həm də ümumilikdə, bütöv generalitetin ayağının altını qazmaqdır ki, onlar bu proqramdan qidalanıblar. Baxmayaraq ki, Putin bu «qida»dan pay alıb və özü də kiçicik pay yox, amma «çar»ı heç kim günahlandırmayacaq. Bu cinayətin qurbanı isə məhz Şoyqu olacaq. Əgər əlbəttə, o, öz ittihamçılarını qabaqlaya bilməsə» - şərhçi əlavə edib./AzPolitika.info/
Tarix: 12-11-2022, 08:15
Xəbəri paylaş





Xəbər lenti