"Azərbaycan Dərələyəzi götürsə, İran Naxçıvana girəcək" - İranlı erməni də BİZİ HƏDƏLƏYİR

"Azərbaycan Dərələyəzi götürsə, İran Naxçıvana girəcək"
İranlı erməni Azərbaycanı İranla hədələyib.

Siam.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə Arut Arakelyan erməni telekanalına müsahibəsində deyib.

Erməni iranlı Arut Arakelyan bəyan edib ki, Azərbaycanın Ermənistan ərazisinə hərbi müdaxiləsi halında İran bir sıra addımlar atacaq – hərbi əməliyyatlardan tutmuş Azərbaycandakı milli azlıqlar məsələsinin gündəmə gəlməsinə qədər.

Müsahibədən əsas sitatlar:

“Əgər Azərbaycan Cermuk istiqamətində (Dərələyəz mahalı) Ermənistanı “işğal etmək” istəsə, İranın Naxçıvana daxil olması strateji baxımdan daha məqsədəuyğun olardı. Çünki düzənlikdir və oraya nüfuz etmək daha asandır. Bütün bunlar böyük müharibəyə səbəb olacaq”.

“İran Bakı hakimiyyətini Azərbaycanda şiəliyə qarşı çıxmağa da “məcbur edə bilər”. İran Azərbaycan şiə xalqına qarşı çıxış etmək istəmir, lakin Bakıdakı sionist hakimiyyət orqanları ilə fikir ayrılığını göstərmək istəyir”.

“Bu yaxınlarda İranla yol və Qacaran tuneli məsələsi ilə bağlı imzalanmış saziş vacibdir. Çünki İranın Ermənistandakı mövcudluğu artacaq. Bu, əlavə təhlükəsizlik komponenti yaradacaq”.
Tarix: 14-11-2022, 17:28
Xəbəri paylaş





Xəbər lenti