İran Azərbaycanda SİYASİ TERRORRA ƏL ATA BİLƏR... - ekspert UYARDI

İran Azərbaycanda SİYASİ TERRORRA ƏL ATA BİLƏR...
"İran ölkəmizdə siyasətçilərə qarşı terror və sui-qəsd edə bilər". DİA.AZ "Şərq"ə istinadla bildirir ki, bu iddia ilə Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə çıxış edib.

İran Azərbaycanda SİYASİ TERRORRA ƏL ATA BİLƏR...

Partiya təmsilçisi qeyd edib ki, İrana öz yerini göstərməli, bütün diplomatik əlaqələr kəsilməli və səfirin ölkəmizdən çıxması üçün vaxt verilməlidir:

"Əgər buna gedilmirsə, diplomatik əlaqələr aşağı səviyyəyə salınmalıdır. İranın ölkəmizdə səfirliyi Azərbaycana qarşı terrorçu qrupların koordinasiyasını təşkil edən, dini məzhəb adı altında milli birliyimizi hədəf alan ideoloji işin mərkəzi rolunu oynayır. İran-Azərbaycan əlaqələrinin normallaşması yaxın perspektivdə mümkün deyil.

Güney Azərbaycan məsələsi ilə bağlı üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik. Onu da nəzərə almalıyıq ki, soydaşlarımızla bağlı məsələni qabartdıqca, İranın ölkəmizə qarşı terror siyasətini ifşa etdikcə, molla rejimi daha çox aqressivləşir. O baxımdan İranın ölkəmizdə təxribat və terror törətmək niyyətləri də ciddiyə alınmalıdır".
Tarix: 17-11-2022, 09:29
Xəbəri paylaş





Xəbər lenti