Kəramət Böyükçöldən daha bir şedevr


Bir partiya 30 ildə bundan artıq nə edə bilərdi ki?
Qurulan kimi hakimiyyəti aldı?

Aldı.
Bakıdan Ceyhana neft kəməri saldı?
Saldı.
Şuşanı aldı?
Aldı.
İlqar Məmmədovla Əli İnsanovu içəri saldı?
Saldı.
İçəridən çıxarıb aldı?
Aldı.
Arada Tural Abbaslı da çaldı?
Çaldı.
Əli Əliyev yandı?
Yandı.
Pənah Hüseyn də bütün bu işlərin ortasında dolandı?
Dolandı.
Soxasoxda Etibar Əliyev qabağa tullandı?
Tullandı.
İqbal Ağazadə pullandı?
Pullandı.
Tahir Kərimli havalandı?
Havalandı.
Hüseynbalanın katibəsi sığallandı?
Sığallandı.
Məzahir 30 ildir səsləri sayandı?
Sayandı.
Əli Kərimli ilə Arif Hacılı yerində qalandı?
Qalandı.
Ramiz Mehdiyev yollandı?
Yollandı.
Xalq yenə talandı?
Talandı.
AzTV-də Rusiya qaralandı?
Qaralandı.
Arada Təbrizə də boylandı?
Boylandı.
Bütün bu oyunlar malalandı?
Malalandı.
Mübarizə yolu dalandı?
Dalandı.
Sistemi anlamayan “baran”dı?
“Baran”dı.
Kera da candı?
Candı.
Kəramət Böyükçöl
Gununsesi.info
Tarix: 22-11-2022, 10:45
Xəbəri paylaş





Xəbər lenti