Böyük Britaniyanın Azərbaycandakı səfiri Tərtər rayonunda yaradılan Qadın Resurs Mərkəzinin işi ilə tanış olub


Böyük Britaniyanın Azərbaycandakı fövqəladə  və  səlahiyyətli səfiri Fergus Auldun 
Tərtər rayonuna səfəri çərçivəsində  Tərtər rayon İcra Hakimiyyətinin  başçısı Müstəqim 
Məmmədovla birlikdə BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri 
üzrə Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda yaradılan Qadın Resurs Mərkəzinin 
işi ilə tanış olub. 

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək 
Qadın Resurs Mərkəzinin gənclər və qadınların məşğulluğunun dəstəklənməsi 
baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, mərkəz 
qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, 
potensialın artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və 
ictimai dəstək qazanılması üçün ictimai platforma rolu oynayır.
Sonra mərkəzdə “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan 
qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan    
qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” 
layihəsi  təqdim olunub.
Mərkəzin  koordinatoru Mərziyyə Qəndilova tədbir iştirakçılarını salamlayaraq, səfirə   
rayonda yaradılan Qadın Resurs Mərkəzi tərəfindən  görülən işlər barədə məlumat 
verib. Qeyd olunub ki, Qadın Resurs  Mərkəzi  tərtərli qadınlar üçün sosial –iqtisadi 
imkanların təmin edilməsində mühüm rol oynayır. O, maliyyə əməliyyatlarının 
aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planlarının yazılması 
sahəsində təlimlərin keçirildiyini bildirib, qadınların  sahibkarlıga cəlb olunması, onların  
səmərəli fəaliyyəti istiqamətində görülən  işlər, həyata keçirilən tədbirlər barədə 
məlumat verib.
Sonra layihənin psixoloqu, hüquqşünas   və sosial məsləhətçisi   Hümbət Mərdanlı  
görülən işlərlə baglı söhbət aparıb.
Tədbirdə layihə və Qadın Resurs Mərkəzi ilə bagli təcrübələri, ehtiyacları və gözləntiləri 
öyrənmək üçün  Qadın Resurs Mərkəz   benefisiarları ilə  interaktiv sessiya  keçirib. 
Sonra məlumatların toplanması, kariyera istiqamətləndirilməsi və kommunikasiya, 
təşviqat təlimlərinin iştirakçılarına sertifkartlar təqdim edilib.
Tərtər Gənclər Mərkəzində Qadın Resurs Mərkəzinin otağına  baxış keçirilib. Gender 
Əsaslı Zorakılığa Qarşı 16 günlük fəaliyyət çərçivəsində Tərtər Qadın Resurs 
Mərkəzinin “Hekayəni dəyiş” kvestinin 18 gəncin iştirakı ilə  müşahidəsi keçirilib, 
sertifikatlar verilib. 
Beləliklə, Böyük Britaniyanın Azərbaycandakı fövqəladə  və  səlahiyyətli səfiri Fergus 
Aulduninin Tərtər Qadın Resurs Mərkəzinin işi ilə tanışlığı başa çatıb.
Tarix: 29-11-2022, 21:38
Xəbəri paylaş





Xəbər lenti