Fransa TIR-ları geri döndü



 

Fransızların sözdə “humanitar karvan”ı şərti sərhədin yaxınlığında bir neçə saat gözlədikdən sonra Gorus istiqamətində dönüb.

Tacxeber.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

“Gəldilər, selfi çəkdirdilər, getdilər. Güman ki, Kornidzor və ya Gorusda hardasa bir “şər azərbaycanlı” və “acından ölən separatçı” haqqında mətbuat konfransı təşkil edəcəklər”, – bunu jurnalist Fərdin İsazadə yazıb.

Xatırladaq ki, Fransanın iki səlahiyyətlisinin müşayiəti ilə 10 TIR İrəvandan Xankəndiyə yola düşüb. Teleqram kanalları onların sərhəddən buraxılmadığını yazıb.


 
Tarix: 30-08-2023, 22:31
Xəbəri paylaş





Xəbər lenti